"Barcelona" 25-ci dəfə futbol üzrə İspaniya çempionu oldu

"Barcelona" komandası 25-ci dəfə futbol üzrə İspaniya çempionu olub.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, "Barcelona" səfərdə, 35-ci turun matçında "Deportivo" ilə görüşüb. Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda vaxtından əvvəl çempionluğu təmin edib.

"Barcelona"nın heyətində Filip Koutino (7-ci dəqiqədə) və Lionel Messi (38, 82 və 85-ci  dəqiqələrdə) fərqləniblər. "Deportivo"nun heyətində isə Lukas Peres (40-cı dəqiqədə) və Emre Çolak (64-cü dəqiqədə) qonaqların qapısına yol tapa biliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31