Messi rekordlarına daha birini əlavə etdi
30 Aprel 2018 08:38 İdman"Barselona"nın lideri Lionel Messi daha bir rekorda imza atıb.
Argentinalı forvard bunu La Liqanın 35-ci turunda "Deportivo" ilə qarşılaşmada reallaşdırıb.
Belə ki, matçda het-trik müəllifi olan Leo cari mövsümdə toplarının sayını 32-yə çatdırıb.
Bununla Messi La Liqada 7 mövsüm 30 qol həddinə çatan ilk oyunçu olub. O, 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə də 30-dan çox qola imza atıb.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31