Təyyarə qəzaya uğradı - Ölənlər var
Avstriyanın Tirol federal əyalətinin mərkəzi İnnsbruk şəhərinin beynəlxalq hava limanının ərazisində təyyarə qəzası baş verib. İsveçrədə uçuş lisenziyası almış kiçik təyyarədə (motoplan) olan hər iki şəxs qəza nəticəsində həlak olublar. Tirol əyalət polisindən mətbuata verilən məlumata görə, qəzanın səbəbləri və təyyarədəki hər iki şəxsin kimliyi naməlum olaraq qalır. İnnsbruk aeroportuna yanacaq doldurmaq üçün enən təyyarə təkrar havaya qalxdıqdan az sonra hava limanı ərazisində yerə çırpılıb.
30 Aprel 2018 09:50 DünyaAvstriyanın Tirol federal əyalətinin mərkəzi İnnsbruk şəhərinin beynəlxalq hava limanının ərazisində təyyarə qəzası baş verib. İsveçrədə uçuş lisenziyası almış kiçik təyyarədə (motoplan) olan hər iki şəxs qəza nəticəsində həlak olublar.
Tirol əyalət polisindən mətbuata verilən məlumata görə, qəzanın səbəbləri və təyyarədəki hər iki şəxsin kimliyi naməlum olaraq qalır. İnnsbruk aeroportuna yanacaq doldurmaq üçün enən təyyarə təkrar havaya qalxdıqdan az sonra hava limanı ərazisində yerə çırpılıb.
Əyalət polisi İsveçrə istiqamətindən gələn motoplandakı şəxslərin bu ölkənin vətəndaşları olduqlarını ehtimal edir.
Publika.az