Suriyanın hərbi bazası bombalandı: 38 nəfər ölüb - VİDEO

Suriyanın hərbi obyektlərinə raket zərbələri endirilib. Suriya ordusunun Hələb və Hama yaxınlığındakı mövqeləri zərbələrə məruz qalıb. Suriyada Bəşər Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi 47-ci hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

 

Suriya ordusunun Hələb və Hama yaxınlığındakı mövqeləri zərbələrə məruz qalıb.

Suriyada Bəşər Əsədə sadiq hərbçilərin və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi 47-ci hərbi bazanın raket atəşinə tutulması nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.

Məlumata görə,aprelin 29-u gecə saatlarında endirilən raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub. Hücumu kimin təşkil etdiyi hələ açıqlanmır.

İddialara görə, partlayışın İsrail hərbi təyyarələri tərəfindən həyata keçirilib. Lakin rəsmi qaynaqlardan hələ açıqlama verilməyib.

A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31