Qərbin antiAzərbaycan kampaniyasına dəstək verənlər

Radikal müxalifət ölkənin sürətli inkişaf yolunda ciddi maneyə çevrilib

Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Aprelin 11-də keçirilən və xalqın iradəsini əks etdirən prezident seçkiləri ölkədə demokratiyanın inkişafını göstərən əyani sübutdur. Vəkil Rövşən Qasımov deyir ki, təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran radikal müxalifət nədənsə görmək istəmir. Seçki ərəfəsində və seçkidən sonra ölkədə qarışıqlıq yaratmaq, Azərbaycanın demokratik imicinə zərbə vurmaq heç də vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir. Məhz buna görədir ki, radikal müxalifət liderlərinin bu pozucu niyyətləri artıq çox yerdə partiyadaşlarının etirazına səbəb olur. Son hadisələr bir daha göstərir ki, artıq müxalifət partiyalarının bir çox üzvləri öz liderinə etibar və inamlarını itirmişlər. Odur ki, onlar üzvü olduqları partiyaların sıralarını tərk edirlər: "Lakin müxalifət partiyaların adı ilə ölkəni tərk edərək Azərbaycana qarşı təbliğat aparan insanarın düşüncəsini heç cür anlamaq mümkün deyil. Avropadan sığınacaq almış bir qrup artıq bütün qırmızı xətləri keçib. Öz fəaliyyətləri ilə ermənilərə sevgilərini izhar etməyə başlayıblar. Odur ki, belə şəxslərin Avropaya necə ayaq açmaları məsələsi hər kəsi düşündürməlidir". Onun sözlərinə görə, son zamanlar müxalifət düşərgəsində yaşanan qarşıdurmalardan biri də "mühacir biznesi" ətrafında yaşanan ziddiyyətlərdir. Daha dəqiq, bu ziddiyyətlərin yaranmasına səbəb Qərb ölkələrinə müxtəlif adlar altında köçərək, orada yaşamaq izni almaq üçün əl-ayaqdan gedən insanlara partiya vəsiqələri satmaqdan ibarətdir ki, AXCP və Müsavat kimi siyasi təşkilatlar bu məsələdə bir-birləri ilə qeyri-qanuni biznes rəqabətinə girişiblər: "Milli və dövlət maraqlarını sataraq guya Azərbaycanda katastrofik dərəcədə demokratiya qıtlığını "əsas" gətirərək, guya mitinqlərdə "fəallıq" göstərmiş insanlara, yəni saxta müxalifətçilərə saxta vəsiqələr verən partiya "liderləri", hətta qiymət preskurantları da müəyyənləşdirərək, müxtəlif adlarda təkliflər irəli sürməklə məşğuldurlar. Artıq bu barədə kifayət qədər məlumatlar mediada yazılıb, faktlar və sübutlar da öz təsdiqini tapıb. Ümumiyyətlə, heç bir siyasi fəaliyyəti olmayan şəxslərin Avropada siyasi mühacir kimi yaşamaları onsuz da yeni hadisə deyil. Belə ki, siyasi partiyaların və siyasiləşmiş QHT-lərin xarici donor təşkilatlarından qarantlar almalarını əngəlləyən qanun qüvvəyə mindikdən sonra, radikal xarakterli müxalifət partiyaları dərhal qazanc amili kimi, məhz "mühacir biznesini" icad etdilər. Başqa tərəfdən, insanların "siyasi mühacirətə" necə getmələri, hansı üsul və yol tapmaları sualı daim müzakirə mövzusu olaraq qalmaqdadır. Yəni, onların necə, nə zaman müxalifətçilik etmələri, partiya biletlərini necə əldə etmələri verilən əsas suallardan biridir.Çünki onların Azərbaycanda siyasətlə məşğul olması və hökumətin təqiblərinə məruz qalması haqda heç bir məlumat yoxdur. Böyük ehtimalla, saxta yollarla müxalifət partiyalarından birinin vəsiqəsini əldə edib və Avropada təminatlı həyata sahib olublar. Hərtərəfli təminat altına alındıqdan sonra isə hökuməti söyməklə "müxalifətçi" imici qazanmağa başlayıblar. Hökuməti tənqid-filan etmirlər, sadəcə, küçə etik normalardan kənar ifadələrlə təhqir edirlər. Çox təəssüf ki, belələrinə Azərbaycanda da tərəfdarları tapılıb, dəstək verir, alqışlayırlar. Belələri o qədər hədlərini aşıblar ki, artıq özlərini müxalifətin lideri kimi aparırlar".

Onun sözlərinə görə, Qərbin erməni lobbisinə yaxın çevrələri ermənilərə münasibəti dəyişmək üçün bəzi QHT və ictimai fəallarla təmaslar qurub. Nəticədə anti-Azərbaycan qüvvələr birləşərək ölkəmizə qarşı ən müxtəlif kampaniyalar təşkil edirlər. Məsələnin açınacaqlı tərəfi ondan ibartədir ki, həmin qüvvələrə dəstək verənlər sırasında "sapı özümüzdən olan baltalar" da var. Paradoks odur ki, Azərbaycanda siyasi məhbusun olması ilə bağlı irəli sürülən iddialara müxalifətin bir qismi haqq qazandırır. Məhz bu kimi amildən istifadə edən Qərbin anti-Azərbaycan dairələri ölkəmizə qarşı təzyiq kampaniyasını davam etdirilər. Məlum olduğu kimi cəmiyyətin böyük hissəsi hazırkı hakimiyyətin yürütdüyü siyasəti dəstəkləsə də heç şübhəsiz ki, barmaqla sayıla biləcək qədər narazı insan da var. Nəzərə almaq lazımdır ki, bütün demokratik ölkələrdə belə hallar müşahidə olunmaqdadır. Bizdə isə Əli Kərimli kimi siyasət "şoumen"ləri bundan yararlanaraq həmin narazı təbəqəni öz tərəfinə çəkmək üçün özlərini guya "haqqı deyən", xalqa "canıyanan" kimi göstərirlər. Məsələnin ən diqqətçəkən tərəfi isə odur ki, bu adama heç narazı qism də dəstək vermir, insanlar onun fikirlərinin səmimi olmadığının fərqindədirlər. Belədə, bu adamlar-"siyasətbazlar" sosial şəbəkələrdə hansı yola əl atırlar? Təbii ki, özləri yazıb, özləri oxuduqlarını görən bu şəxslər ona guya xeyli sayda adamın dəstək verdiyini göstərmək üçün saxta profillər ordusu yaratmağı tapşırır. Əks təqdirdə, bu gün Əli Kərimli, Gültəkin Hacıbəyli status yazan kimi yüzlərlə profil şəkli olmayan və ya profilində bir dənə də olsun real şəxsə məxsus foto paylaşılmayan xeyli anonim profillərin bəh-bəhlə onların fikirlərini bölüşməsinin şahidi olmazdıq. Hətta bu iş cəbhəçilər üçün əməlli başlı sistemləşdirilibdir. Partiyada "beşlik", "onluq" və ən nəhayət"yüzlüklər" deyilən bir qruplar yaradılıb. "Beşlik" qrupuna hər partiya üzvünə beş profil açmaq tapşırılıbsa, "onluq" qrupunda nisbətən gənc və daha çox potensialı, vaxtı olan partiya üzvlərinə on profil açmaq və onları bu istiqamətdə idarə etmək tapşırılıb. "Yüzlük" qrupu isə artıq partiya funksionerlərinə aid məsələdir. Belə ki, partiya yetkililəri müəyyən pul müqabilində yüzə yaxın profili ayrı-ayrı şəxslərə həvalə etməklə onu idarə etməyi tapşırır və həmin şəxslərə də Əli Kərimlinin nə vaxt hansı istiqamətdə status yazacağı əvvəlcədən xəbər verilir. Bu səbəbdən də Əli Kərimli hər hansı bir status yazan kimi xeyli sayda saxta profillərlə girib onun statusuna şərhlər yazılmasının, anında bəyənilməsinin şahidi oluruq. Məsələnin ən iyrənc və ikrah doğuran tərəfi isə budur ki, son vaxtlar sosial şəbəkələrin insanlar üzərində təsirinin olmasını hiss edən və çayxanalardan yığışıb uzun illərdir ki, belə saxta profillər ordusu yaradaraq "Facebooka" axışan müxalifət liderləri və ona dəstək verən bir neçə yüz adam saxta profillər ittihamı ilə hökuməti ittiham etməyə çalışır. Maraqlıdır, bu işin baniləri niyə indi əks tərəfi ittiham etməyə başladı?
Səbəb çox aydındır-xalqa göstərməyə çalışırlar ki, guya bunların fəaliyyəti, fikirləri iqtidarda narahatlıq doğurur. Burada həm də Qərbdəki himayədarları üçün gedişlər olur. Guya bunlara təzyiqlər olduğunu göstərərək, haray-həşir salmağa bəhanələr də formalaşdırırlar. Yəni, "baxın, bizim üstümüzə gəlirlər, biz bu ölkədə ciddi siyasi qüvvəyik, maliyyəmizi artırın" və sair. Lakin bütün cəhdlərə baxmayaraq, oriyentasiyaları belə məlum olmayan, arvad adları ilə özlərinə profilllər açıb 100-dən artıq "layk" belə yığa bilməyən radikal müxalifətin anti-Azərbaycan kampaniyası heç bir nəticə verməyəcək. Ac toyuq yuxusunda darı gördüyü kimi, fikirləri xaricdəki dayılarından qrant gözləyənlərin arzuları ürəyində qalacaq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31