Dünya

Suriyaya qarşı sanksiyalar genişləndirilib

17 May 2017 12:56

Amerika hökuməti birtərəfli qaydada sanksiya tətbiq etdiyi Suriya fiziki və hüquqi şəxslərinin siyahısını genişləndirib.

Vaşinqtonda ermənilərlə türklər arasında kütləvi dava baş verib

17 May 2017 12:48

Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib. Şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

ABŞ-da güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

17 May 2017 12:19

Çərşənbə axşamı ABŞ-ın Viskonsin ştatının Berron dairəsində güclü qasırğa baş verib. Bu barədə yerli WQOW telekanalı məlumat yayıb.

Ebru Gündeşin qazancı heyrətləndirdi

17 May 2017 12:12

Müğənni Ebru Gündeşin 7 ayda qazandığı məbləğ heyrətləndirib. Sənətçi ötən ilin oktyabrından başlayaraq İstanbulun əsas konsert salonlarından olan "Günay"da 25 konsert verib.

Əfqanıstanda televiziya şirkəti yaxınlığında PARTLAYIŞ

17 May 2017 12:06

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib. Partlayış dövlət televiziya şirkətinin yaxınlığında baş verib. Məlumatda qeyd olunur ki, azı 3 silahlı televiziya binasına daxil olmağa cəhd göstərib.

Ukraynanın ilk Prezidenti ağır ürək əməliyyatı keçirib

17 May 2017 12:05

Ukraynanın ilk Prezidenti Leonid Kravçuk ağır ürək əməliyyatı keçirib. Onun ürəyinə dörd stent qoyulub. Hazırda sabiq dövlət başçısının vəziyyətinin orta olduğu bildirilir.

Metro tikintisi zamanı tunel aşkar edildi - Böyük bir cinayətin qarşısı alındı - VİDEO

17 May 2017 11:58

İstanbulun Bostancı məhəlləsində metro tikintisi işləri zamanı bir zərgər dükanının olduğu binaya doğru açılmış, təxminən 7 metr uzunluğunda tunel ortaya çıxıb. Polis zərgərlik dükanını qarət etmək üçün qazılan tunelin kimlər tərəfindən hazırlandığını araşdırır.

Dayanma-durma qaydasını pozduğuna görə 1760 dollar cərimə edildi - VİDEO

17 May 2017 11:57

Sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Belə ki, ABŞ-da yalnız əlil sürücülər üçün nəzərdə tutulmuş yerdə park etməyin qadağan olduğu və minimum cərimənin 250 dollar nəzərdə tutulduğunu əks etdirən lövhə yerləşdirilib. Əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobilini saxlayan sürücülərə yaxınlaşan polis onları cərimələyir.

Lavrovla görüş Trampı impiçmentə yaxınlaşdırdı

17 May 2017 11:54

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) istefaya göndərilmiş şefi Ceyms Kominin yerinə yeni namizəd irəli sürməyə hazırlaşır. Xüsusi xidmət orqanının rəhbəri postuna namizədin irəli sürülməsi Tramp üçün heç də asan şərtlər altında reallaşmır. ABŞ prezidentinin opponentləri onu Rusiyanın XİN başçısı Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşü zamanı dövləti sirləri ruslara satmaqda suçlayırlar. Ekspertlərin qənaətinə görə, əgər Trampın Kremllə əlaqələri sübuta yetirilərsə prezident postunda 5 ayını yenicə tamamlamış Ağ Ev rəhbərini impiçmentdən heç kəs xilas edə bilməyəcək.  

Təyyarə “Bermud üçbucağı”nda yoxa çıxdı: 4 sərnişini ilə birgə

17 May 2017 11:49

MU-2B markalı kiçik təyyarə 4 sərnişini ilə birgə Florida ştatı istiqamətində uçarkən radarlardan itib. Sərnişinlərdən ikisi 4 və 10 yaşlı uşaqdır. Təyyarə Puerto-Rikodan havaya qalxıb və yerli vaxtla səhər 11 radələrində onunla əlaqə kəsilib. Bu zaman təyyarə Baham adaları üzərində, 7 min metr hündürlükdə olub.

Ötən gecə baş verən qorxunc HADİSƏ: ODLU YAĞIŞ YAĞDI – VİDEO

17 May 2017 11:46

Çində ötən gecə olan yağışlı havada ağacı ildırım vurması ilə qısa müddətlik odlu yağış effekti yaradıb.  Şenyan şəhərinin mərkəzi küçəsində baş verən bu təbiət hadisəsi avtomobillərdən birinin kamerası tərəfindən lentə alınıb.

Rusiyada yanğında ikisi uşaq olmaqla dörd nəfər ölüb

17 May 2017 11:17

Rusiyanın Xakasiya Respublikasında yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

İstanbulda zirehli polis avtomobilinə hücum

17 May 2017 11:15

Türkiyənin İstanbul şəhərində zirehli polis avtomobilinə atəş açılıb. Naməlum şəxlər gecə saatlarında Bəyoğlu rayonunda polisə hücum etdikdən sonra qaçmağa müvəffəq olublar. Şübhəlilərin neçə nəfər olduğu hələ bilinmir. Polis onların axtarışı üçün əməliyyata başlayıb. Hadisə zamanı zərərçəkən olmayıb.