14 mindən çox "Audi" geri çağırıldı
17 May 2017 09:56 Dünya"Volkswagen Qrup Rus" şirkəti Rusiyada 14 mindən çox "Audi" markalı avtomobili geri çağırıb.
Qərar soyuducu maye nasosunun həddən artıq qızması ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2012-2017-ci illər arasında Rusiyada satılmış A4, A5, A6 və Q5 modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31