ABŞ-da güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Çərşənbə axşamı ABŞ-ın Viskonsin ştatının Berron dairəsində güclü qasırğa baş verib. Bu barədə yerli WQOW telekanalı məlumat yayıb.
17 May 2017 12:19 DünyaÇərşənbə axşamı ABŞ-ın Viskonsin ştatının Berron dairəsində güclü qasırğa baş verib. Bu barədə yerli WQOW telekanalı məlumat yayıb. Dairə şerifi Kris Fitsceralda istinadən verilən məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 25 nəfər xəsarət alıb. Ən çox ziyan insanların da yaşadığı treyler dayanacağına, həmçinin quşçuluq fermasına dəyib. Qasırğa Viskonsinlə yanaşı, Texas, Nebraska, Oklahoma və Kanzas ştatlarında da qeydə alınıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31