ABŞ-da Ağ evə giriş-çıxış bağlandı
17 May 2017 09:59 DünyaABŞ-da Ağ evin giriş-çıxışı bağlanıb. Buna səbəb naməlum şəxsin hasardan tullanaraq Ağ evin həyətinə daxil olmasıdır.
İnsident barədə ABŞ-ın məxfi xidməti öz "Twitter" səhifəsində yazıb. Sözügedən şəxsin saxlanıldığı qeyd olunur.
Agentliyin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ilə əlaqədar Ağ evdə təhlükəsizlik tədbirləri gücləndirilib. Eyni zamanda bildirilir ki, insident Ərdoğan binanı tərk etdikdən sonra baş verib. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31