Dünya
Türkiyədə partlayış
Özcan Aslını Muradın əlindən aldı - İDDİA
Müğənni Murad Boz və aktrisa Aslı Enverin ayrılığı ilə bağlı gözlənilməz iddia səsləndirilib. Ayrılığın səbəbi kimi Muradın Bahar və Nihal Candan bacıları ilə görüntülənməsinin olduğu söylənilsə də, bunun doğru olmadığı deyilir.
Smartfonlar üçün xüsusi proqram həkimlərin işini daha səmərəli edəcək
Kanadanın Toronto Universitetinin alimlər qrupu tərəfindən yaradılmış xüsusi proqram təminatı uzaq məsafədən sadə analizlər həyata keçirməyə imkan verəcək. Belə proqram həkimlərin işini daha səmərəli edəcək.
Yeni peyk təyyarələri “Wi-Fi” şəbəkəsi ilə təchiz edəcək
Kanaveral kosmodromunda ABŞ-ın məşhur iş adamı İlon Maska məxsus özəl "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısının uğurlu buraxılışı həyata keçirilib. Raket orbitə təyyarə və gəmi sərnişinləri üçün genişzolaqlı internetə çıxışı təmin edəcək "Inmarsat-5 F4" telekommunikasiya peykini çıxarıb. Seriyada dördüncü və sonuncu olmaqla qlobal "Global Xpress" peyk şəbəkəsinin yaradılmasını tamamlayacaq aparat ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanıb. Peykin proqnozlaşdırılan istismar müddəti 15 il təşkil edir.
“Apple” musiqi əlavəsi “Windows Store” mağazasında istifadəyə veriləcək
"Apple" şirkəti "Build" proqram tərtibatçıları konfransında "Windows Store" mağazasında "iTunes" musiqi əlavəsinin istifadəyə verilməsi ilə bağlı planlarını açıqlayıb. Məlumata görə, istifadəçilər "Apple" musiqi proqramını tez-tez axtarsalar da, ondan "Windows Store" mağazasında yararlanmaq imkanından məhrumdurlar. Bununla əlaqədar olaraq "Microsoft" korporasiyası "Apple" ilə proqramın əldə edilməsi üçün danışıqlar aparıb.
“WannaCry” proqramının yeni versiyasından istifadə edən hücumların qarşısı alınıb
Xəbər verildiyi kimi, “Twitter” sosial şəbəkəsində “MalvareTechBlog” adı ilə tanınan Böyük Britaniya proqramçısı böyük əks-səda doğuran fırıldaqçı “WannaCry” (digər adları WannaCrypt, WCry, Wana Decrypt0r və WanaCrypt0r) proqram təminatının yayılmasını müvəqqəti dayandırmağa nail olub. Belə ki, tədqiqatçı tərəfindən zərərli proqramı koduna yerləşdirməklə onu söndürməyə imkan verən domen adı aşkarlanıb. Bununla belə, informasiya təhlükəsizliyi üzrə ekspertlər “WannaCry” proqramının “MalvareTechBlog” metodunun təsir göstərmədiyi digər domenə malik ikinci versiyasını müəyyənləşdiriblər.
Yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan xilas edəcək
Lozanna Federal Politexnik Məktəbindən olan alimlər qrupu tərəfindən hazırlanmış yüngül ekzoskelet yaşlı insanları təsadüfi yıxılmalardan qoruyacaq. Yaşlı insanlar müxtəlif səbəblərdən hərəkət etməkdə çətinlik çəkə bilərlər. Məsələn, yaşlı insanın ayağı büdrəyə və o, yıxılaraq güclü zədə ala, yaxud ayağı sına bilər.
Rəngli şəkillər rəngdən istifadə edilmədən çap ediləcək
Danimarka Texniki Universitetinin tədqiqatçıları rəngli fotoşəkillərin çapı üçün rəngdən istifadə etməyən lazer printer yaradıblar. Alimlər qrupu qanadları və lələkləri əlvan rəngləri işığı udan piqmentlər vasitəsilə deyil, işığı molekulyar səviyyədə yayaraq struktur rənglər yaradan tovuzquşu və kəpənəklər kimi varlıqlardan ilhamlanıblar. Bildirilir ki, tədqiqatçılar bir-birindən 200 nanometr məsafədə yerləşən minlərlə mikroskopik millə örtülmüş plastmas təbəqədən istifadə edərək bu kiçik elementləri işıq istehsal etmək üçün nazik germanium qatı - metal parıltılı ağ-boz maddə ilə örtüblər.
Azərbaycan almalarına görə 2 məmur həbs olundu - Ermənistanda
Azərbaycan almalarına görə Ermənistanda iki məmur həbs olunub. Dövlət Gəlirləri Komitəsinin məmurları rüşvət qarşılığında Azərbaycan almalarının qaçaqmal yoluyla ölkəyə girişinə icazə verməkdə ittiham olunurlar.
Erməni əsgər ölüm ayağındadır - Anası müdafiə nazirini ittiham etdi
Ermənistan ordusunda xidmət edən 20 yaşlı əsgər David Tadevosyan artıq iki həftədir ki, huşsuz vəziyyətdə Ermənistanın Mərkəzi Klinik hərbi hospitalına köçürülüb. Ararat vilayətinin Yeğeqnavan kəndindən olar erməni hərbi qulluqçu işğal edilmiş Qarabağın Hadrut qəsəbəsində yerləşən hərbi hissələrdən birində təxminən iki aya yaxın xidmət etdikdən sonra sağlamlıq vəziyyəti kəskin pisləşib və getdikcə kritik hal alıb. Həkimlərin onun xəstəliyinə çatə tapa bilmədiyi deyilir.
Rusiyanın 3 vilayətində daşqınlarla əlaqədar fövqəladə rejim tətbiq edilib
Rusiyanın Tümen, Omsk və Kirov vilayətlərində yaz daşqınları ilə bağlı fövqəladə rejim tətbiq edilib. unu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov Fövqəladə hallar üzrə Hökumət Komissiyasının Tümendə keçirilən iclasında bildirib.
ABŞ insanlar arasında belə fərq qoydu
Los-Ancelesin beynəlxalq aeroportunda zəngin sərnişinlər üçün xüsusi terminal açılıb. Məşhur ulduzlar, iş adamları, idmançılar və b. paparatsilərin, eləcə də pərəstişkarların “hücum”una məruz qalmamaq üçün xüsusi yol zolağından keçəcəklər. Bu kateqoriyadan olan insanlardan başqa kim təyyarədə 4 min dollaradək pul xərcləyə bilərsə, həmin terminaldan istifadə edəcək.
“Hamısı öldürüləcək!” - ABŞ rəsmən xəbərdarlıq etdi
İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində tamamilə mühasirəyə alınıb. Bu haqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi bildirib. Koalisiya nümayəndəsi terror qruplaşmasının şəhər ətrafında tam məğlubiyyət aldığını deyib.
Avropada oktyabrın 1-də yeni dövlət yaranacaq - REFERENDUM
İspaniyanın şimali-şərqində yerləşən Kataloniya muxtar vilayətinin müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilə bilər. Bu haqda İspaniyanın “La Vanguardia” qəzeti bildirib. Nəşrin yazdığına görə, Kataloniya muxtar vilayətinin hökumət sədri Karles Puçdemon referendum tarixini gələn həftə elan edəcək. Puçdemonun özü daha əvvəl bildirib ki, onun İspaniya paytaxtına planlaşdırılan səfəri Madridlə referendumun keçirilməsi haqqında danışıqlar aparmaq imkanıdır.
Rusiyaya sanksiya - "Yandex", "V kontakte", "Odnoklassniki" bağlandı
Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin milli təhlükəsizlik və müdafiə Şurasının qərarını təsdiqləyib. Qanun layihəsinə əsasən, ölkə ərazisində "V kontakte", "Odnoklassniki", "Mail.ru", "Yandex" kimi sosial şəbəkələrin fəaliyyəti qadağan olunub.














