Dünya
Rusiyada partlayış: Yaralılar var
Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub. Qaz sızması nəticəsində çoxmərtəbəli binanın üçüncü blokunda partlayış baş verib. İlkin ehtimala əsasən, iki nəfər xəsarət alıb. Hadisə vaxtı girişdə 14 nəfərin olduğu deyilir.
Türkiyə prezidentinə sui-qəsd... - ABŞ kəşfiyyatının tamamlanmayan layihəsi
“Ərdoğan-Tramp görüşü ABŞ prezidenti üçün hakimiyyəti dövründə ən çətin görüş olacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün amerikalı həmkarı Donald Trampla nəzərdə tutulan görüşünü şərh edən “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.
Tələbə qız müəllimindən doğduğu uşaqlarından imtina etdi
Qara dəniz Texniki Universitetində 8 il əvvəl təhsil aldığı zaman müəllimi T.Y. -dan 2 uşağı olan İ.S. sevgilisinin onu tərk edib həyat yoldaşının yanına dönməyindən sonra uşaqlarını dövlətə vermək üçün iddia açıb.
Yezidilər Ermənistanı tərk edəcəklər - Etirazlar başladı
"Yezidi Milli Birliyi" təşkilatının sədri Aziz Tamoyan Ermənistanda məktəblərin optimallarşdırılmasına etiraz edib. Tamoyan bu gün jurnalistlərlə keçirdiyi görüş zamanı öz narahatlığını bildirib.
Moskva hər gün sobada 50 nəfəri yandırmağa icazə verdi - Krematori QALMAQALI
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb. Diplomat bir gün əvvəl ABŞ Dövlət Departamentinin Suriya prezidenti Bəşər Əsədə yönəlik ittihamlarına istinad edib.
Əczaçılıq zavodunda partlayış: ölənlər var
Çinin Hunan vilayətində əczaçılıq zavodunda partlayış olub. Hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər xəsarət alıb. 2 nəfərin itkin düşdüyü bildirilir. Partlayışın səbəbi hələ bilinmir. Araşdırma gedir.
TRT-də qalmaqal - 8 rəhbər işçi işdən çıxarıldı
TRT-nin baş direktoru Şenol Göka keçən həftə istefa vermişdi. Dünən isə 8 nəfər rəhbər vəzifədən uzaqlaşdırılıb. Vəzifədən uzaqlaşdırılanlar arasında baş nazirin köməkçisi Numan Kurtulmuş katibliyindən TRT-də vəzifəyə gətirilən Bünyamın Korkmaz, Ş.Gökanın şəxsi katibi Alper Altuğ, Musiqi Departamentinin rəhbəri Amber Türkmen, Xarici əlaqələr bölməsinin müdiri Çağlar Tankur da var.
Ledi Qaqa yeni filmə çəkilir
Dünyaca məşhur müğənni Ledi Qaqa yeni filmə çəkilir. 31 yaşlı müğənni "A Star Is Born" adlı lentdə baş rollardan birini oynayacaq. Filmdə onun tərəf-müqabildi Brendli Kuperdir. Ledi Qaqa dünən Nyu-Yorkda çəkiliş meydanına yollananda reportyorlar onu müşayiət ediblər.
Arvadını soyundurub küçəyə atdı, çəkiclə öldürdü
Türkiyənin İzmir şəhərində dəhşətli qətl hadisəsi törədilib. İzmirin Dikili mahalında 59 yaşlı Yahya Cengiz adlı kişi boşadığı xanımını soyundurub, küçəyə atıb, sonra da başına dəfələrlə çəkiclə vurub. Həyatını itirən qadının 33 yaşı olub. Onlar arasında yaranan mübahisədən sonra əri onu qətlə yetirib.
Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirdi
Ukrayna Prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi haqqında fərman imzalayıb. Fərman Rusiyanın sanksiya tətbiq olunmuş hüquqi və fiziki şəxslərinin siyahısının genişləndirilməsi və sanksiyaların müddətinin artırılmasını nəzərdə tutur.
Türkiyə kəşfiyyatı: İŞİD boğazda Rusiya gəmilərinə qarşı terror törədə bilər
Türkiyə Rusiyanın hərbi dəniz donanmasına aid gəmilərə qarşı terror aktları törədilə biləcəyini bəyan edib. Türkiyə kəşfiyyatı İŞİD qruplaşmasının İstanbul (Bosfor) boğazından keçən Rusiya hərbi gəmilərinə qarşı terror aktları planlaşdırdığı ilə bağlı məlumat əldə edib.
Ermənilərin 95 faizi müsəlmanları qəbul etmir - SORĞU
Ermənistan əhalisi arasında digər dindən olan insanlarla bağlı keçirilən sorğu gerçək faktları üzə çıxarıb. "Pew Research Center" tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən Ermənistan vətəndaşlarının 25 faizi yəhudiləri ailə üzvü kimi qəbul edə bilər.
Bosforda Rusiya hərbi gəmilərinin keçidi üçün təhlükəsizlik gücləndirildi - Terrora görə
İstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir.
Hülya Avşar yatağa girib, 1 milyon qazandı
İllərdir səhnədə olan müğənni Hülya Avşar əvvəllər serial və filmlərlə pul qazanırdısa, indi reklamlara çəkilir. İfaçı yataq şirkətlərindən birinin reklam çarxına çəkilib. 70 nəfərlik işçi ilə ərsəyə gələn reklamdan Hülya 1 milyon lirə qazanıb. O, yataqda yoqa hərəkətləri edib.
ABŞ-da güclü zəlzələ oldu
ABŞ-ın Aleut adaları sahillərində Sakit okean sularında 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Vahid Geofizika Xidmətinin yaydığı informasiyaya əsasən, yeraltı təkanların episentri Atka adlı yaşayış məntəqəsindən 52 km məsafədə qeydə alınıb. Episentrdə zəlzələ "güclü" qiymətləndirilib.














