Bosforda Rusiya hərbi gəmilərinin keçidi üçün təhlükəsizlik gücləndirildi - Terrora görə
İstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir.
16 May 2017 12:18 Dünyaİstanbul polisi Bosfor boğazında Rusiya hərbi gəmilərinin keçidi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib. Buna səbəb İŞİD silahlıları tərəfindən gözlənilən terror təhlükəsidir. Təhlükəsizlik tədbirləri çərçivəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərini Türkiyə sahil mühafizəsinin katerləri müşayiət edəcək. Həmçinin, Rusiya hərbi gəmilərinin keçidi zamanı İstanbul polisinin vertolyotları keşik çəkəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə kəşfiyyatı İŞİD-in Bosfor boğazında Rusiya gəmilərinə qarşı terror aktı törətməyi planlaşdırdığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31