ABŞ insanlar arasında belə fərq qoydu

Los-Ancelesin beynəlxalq aeroportunda zəngin sərnişinlər üçün xüsusi terminal açılıb.  Məşhur ulduzlar, iş adamları, idmançılar və b. paparatsilərin, eləcə də pərəstişkarların “hücum”una məruz qalmamaq üçün xüsusi yol zolağından keçəcəklər. Bu kateqoriyadan olan insanlardan başqa kim təyyarədə 4 min dollaradək pul xərcləyə bilərsə, həmin terminaldan istifadə edəcək.

Los-Ancelesin beynəlxalq aeroportunda zəngin sərnişinlər üçün xüsusi terminal açılıb.  Məşhur ulduzlar, iş adamları, idmançılar və b. paparatsilərin, eləcə də pərəstişkarların "hücum"una məruz qalmamaq üçün xüsusi yol zolağından keçəcəklər. Bu kateqoriyadan olan insanlardan başqa kim təyyarədə 4 min dollaradək pul xərcləyə bilərsə, həmin terminaldan istifadə edəcək.

Zəngin sərnişinləri təyyarəyə xüsusi avtomobildə aparacaqlar. Əgər adi sərnişin maşın oturacağından təyyarə oturacağına qədər 2200 addım atırsa, VİP sərnişin cəmi 70 addım yorulmalı olacaq. Elit terminalın tikilişi 22 milyon dollara başa gəlib. Publika.az Associated Press-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31