Vaşinqtonda ermənilərlə türklər arasında kütləvi dava baş verib
Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib. Şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.
17 May 2017 12:48 DünyaVaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib. Şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.
Məlumata görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir.
Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31