Əfqanıstanda televiziya şirkəti yaxınlığında PARTLAYIŞ

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib. Partlayış dövlət televiziya şirkətinin yaxınlığında baş verib. Məlumatda qeyd olunur ki, azı 3 silahlı televiziya binasına daxil olmağa cəhd göstərib.

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib. Partlayış dövlət televiziya şirkətinin yaxınlığında baş verib. Məlumatda qeyd olunur ki, azı 3 silahlı televiziya binasına daxil olmağa cəhd göstərib. Onlardan ikisi özünü partlatdıqdan sonra, bir silahlı binaya daxil ola bilib. Bina daxilində də atışmanın qeydə alındığı barədə məlumat verilib. Hadisə nəticəsində itkilərin olub-olmaması hələ məlum deyil. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31