Təyyarə “Bermud üçbucağı”nda yoxa çıxdı: 4 sərnişini ilə birgə
MU-2B markalı kiçik təyyarə 4 sərnişini ilə birgə Florida ştatı istiqamətində uçarkən radarlardan itib. Sərnişinlərdən ikisi 4 və 10 yaşlı uşaqdır. Təyyarə Puerto-Rikodan havaya qalxıb və yerli vaxtla səhər 11 radələrində onunla əlaqə kəsilib. Bu zaman təyyarə Baham adaları üzərində, 7 min metr hündürlükdə olub.
17 May 2017 11:49 DünyaMU-2B markalı kiçik təyyarə 4 sərnişini ilə birgə Florida ştatı istiqamətində uçarkən radarlardan itib. Sərnişinlərdən ikisi 4 və 10 yaşlı uşaqdır. Təyyarə Puerto-Rikodan havaya qalxıb və yerli vaxtla səhər 11 radələrində onunla əlaqə kəsilib. Bu zaman təyyarə Baham adaları üzərində, 7 min metr hündürlükdə olub.
Qeyd edək ki, ərazi "Bermud üçbucağı"na (Atlantik okeanda Bermud adaları-Florida və Puerto-Riko arası) düşür. "Bermud üçbucağı" anomal hadisələr, gəmilərin və təyyarələrin sirli şəkildə yoxa çıxması ilə məşhurdur. Sahil Mühafizə Xidməti təyyarənin axtarışına başlayıb. BakiPost.az "Röyter"ə istinadla xəbər verir.