Rusiyada yanğında ikisi uşaq olmaqla dörd nəfər ölüb
Rusiyanın Xakasiya Respublikasında yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.
17 May 2017 11:17 DünyaRusiyanın Xakasiya Respublikasında yaşayış evində baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb. Bu barədə RİA "Novosti"-yə Rusiya FHN-in Regional İdarəsindən bildirilib. Yanğın Askiz rayonunun Balıksa kəndində ötən axşam baş verib. Yanğın söndürüldükdən sonra dağıntılar altında 4 nəfərin meyiti aşkar edilib. Ölənlərdən ikisi uşaqdır. Hadisənin baş vermə səbəbi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31