Dünya
"10 gündən bir uşaq zorlayırdım" deyən manyak tutuldu
Sosial şəbəkədə yeni doğulan körpələrlə bağlı iyrənc fantaziyalarını bölüşən yeniyetmə ötən gün məhkəməyə çıxarılıb. 19 yaşlı Alan Qrey yeni doğulan körpələri qaçırmaq, zorlamaq və öldürməklə bağlı düşüncələrini dostu ilə paylaşıb. Dünən baş tutan məhkəmədə psixoloq bildirib ki, onun bəraət qazanması mümkün deyil, çünki Alanın ciddi psixoloji problemləri var. The Daily Record-un verdiyi məlumata görə o, həbs olunmaq üçün Ali Məhkəməyə göndərilib.
Kürəkən 8 qohumunu güllələdi
Bu gün səhər saatlarında İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhərində silahlı insident baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Belə ki, kürəkən həyat yoldaşının bütün ailə üzvlərini güllələyib və hadisə yerindən qaçıb.
Ümumxalq tətili keçiriləcək - Yunanıstanda
Mayın 17-də Yunanıstanda ümumxalq tətili keçiriləcək. Məlumata görə, 24 saatlıq tətil Yunanıstanda qənaət siyasətinə etiraz olaraq keçiriləcək. Tətil zamanı dövlət və bələdiyyə müəssisələri, xəstəxanalar, ictimai nəqliyyat, dəmir yolu və hava limanları bağlanacaq.
Konstitusiyaya dəyişiklik istəyi etirazlara səbəb olub
Gürcüstanda yüzlərlə gənc fəal ölkə Konstitusiyasına dəyişikliklərə etirazını bildirmək üçün küçələrə çıxıb. Onlar bununla bağlı keçirilən ictimai müzakirəni etiraz aksiyası ilə pozmağa çalışıblar. Tbilisidəki Dövlət Filarmoniyasının binasında keçirilən müzakirələrdə parlamentin spikeri İrakli Kobaxidze dəyişikliklərə etiraz edən yüzlərlə fəalın fit və hay-küyünə görə toplantını dayandırmalı olub. Bəlli olduğu kimi, hakim "Gürcü Arzusu” Partiyası ölkə Konstitusiyasına bir neçə mühüm dəyişiklik təklifi ilə çıxış edib. Təkliflərin mahiyyəti bundan ibarətdir ki, yeni Konstitusiya prezidentin ümumxalq seçkisi ilə müəyyən edilməsi qaydasını ləğv edəcək. Başqa sözlə, gələcəkdə parlament seçkilərində çoxluq əldə etmiş istənilən siyasi partiya hakimiyyətə gələcək. "Gürcü Arzusu” Partiyası təkliflərin arxasında çoxpartiyalı sistemə daha geniş meydan verilməsi niyyətinin dayandığını bildirir. Müxalifət isə düşünür ki, hakim partiya yeni qaydalarla qeyri-müəyyən müddətə hakimiyyətdə qalmasını təmin etməyə çalışır. Məhz buna görə də bir neçə müxalifət partiyası təkliflərin referenduma qoyulmasını tələb edir.
Rusiya 60 minlik "müsəlman ordusu"nu Suriyaya yeridir?
Rusiya, əsasən, Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik "müsəlman ordusu"nu Suriyaya yeritmək üçün hazırlayıb. Bu haqda Səudiyyə Ərəbistanının "Al Watan" qəzeti "mötəbər mənbələrə" istinadla yazır. Bu ordu əsasən sünnü-müsəlmanlardan ibarətdir. Bildirilir ki, həmin qüvvələrinin bir qismi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu "Turan" batalyonu yaradılıb.
Tramp Ərdoğandan onun azad edilməsini istədi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan keşiş Andrev Brunsonun azad edilməsini tələb edib.
Son dəqiqə: Əbu Xaliq tutuldu - "Reina" ƏMƏLİYYATI - VİDEO
"Reina" terrorçusu Maşaripovun sirr saxladığı kod adı Əbu Xaliq olan Xasan Qulomov tutulub. Yeni il gecəsi İstanbulda "Reina" klubunda öldürülən 39 nəfərin qətliylə bağlı istintaq davam edir. "Reina" terrorunu törədən Maşaripovun yaxın adamlarından olan kritik bir ad da həbs edilib. Başakşehirdəki bir evdə tutulan şübhəli Xasan Qulomovun İŞİD-də Əbu Xaliq kod adını istifadə etdiyi təsbit edilib. Qulomov Hataydan Halit Abbdullah adında düzəldilmiş saxta pasport ilə Türkiyəyə daxil olduğu məlum olub.
Türkiyəli generallar Almaniyadan sığınacaq istədi
Ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib.
16 gün əvvəl yoxa çıxan qız İstanbulda tapıldı
Türkiyənin Zonquldağ şəhərinin Çaycuma mahalında 16 gün əvvəl evdən çıxıb, qayıtmayan məktəbli Döndü K. İstanbuldakı alış-veriş mərkəzlərinin birində tapılıb. 16 gün əvvəl evdən çıxıb, qayıtmayan məktəbli Döndü K. İstanbuldakı alış-veriş mərkəzlərinin birində sevgilisi ilə görüşərkən tapılıb.
Şeytan üçbucağı bir ailəni "uddu"
Kiçik təyyarədə olan qadın və onun iki uşağı Bermud üçbucağında yox olublar. Amerikanın dəniz təhlükəsizliyi idarəsindən verilən məlumata görə, bazar ertəsi günü Puorto-Rikodan havaya qalxan təyyarənin qalıqları Baham adalarının 40 mil uzaqlığında tapılıb.
Bu proqramlardan istifadə etməyin!
"Defensecode LLC" adlı şirkətin informasiya təhlükəsizliyi üzrə mühəndisi Bosko Stankovic istifadəçilərin icazəsi olmadan kompüterlərə yüklənən virus proqaramları müşahidə edib. Onun sözlərinə görə, bu təhlükəli sistem "Chrome" ən son versiyasına belə yüklənilir.
Rusiyaya qarşı müharibə planı arxivə atıldı
Kiyev Donetsk və Luqanskın öz nəzarəti altına qaytarılması üçün güc variantına baxmır. Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib. Eyni zamanda, nazir əmin olduğunu vurğulayıb ki, Donbasın işğal altında olan əraziləri Ukrayna hakimiyyətinin nəzarətinə mütləq qayıdacaq. “Biz buna əminik. Donetsk və Luqansk Ukraynanın ərazisidir”, - o deyib.
5 uşağı eyni yerdə zorladı: öldürüb cəsədlərin yoxa çıxartdı
İngiltərədə dünyanın gördüyü ən qorxunc cütlüklərindən Myra Hindley-in 2002-ci ildə həbsdə ölməyindən sonra Lan Brady də xəstəxanada dünyasını dəyişib. Qatı cinayətkarın can verdiyi məqamda polis illərlə sirr kimi saxladıqları 12 yaşadək qurbanlarının yerini deməyi üçün Brady-ə yalvarıb.
NBC News: Tramp İsrailin İŞİD sıralarındakı agentinin həyatını təhlükə altında qoyub
ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı məxfi məlumatları açıqlamaqla, İsrailin İŞİD terror qruplaşmasının sıralarındakı gizli agentinin həyatını təhlükə altında qoyub. APA-nın xəbərinə görə, bu barədə NBC News telekanalı adları çəkilməyən ABŞ məmurlarına istinadən məlumat yayıb.














