Bu proqramlardan istifadə etməyin!

"Defensecode LLC" adlı şirkətin informasiya təhlükəsizliyi üzrə mühəndisi Bosko Stankovic istifadəçilərin icazəsi olmadan kompüterlərə yüklənən virus proqaramları müşahidə edib. Onun sözlərinə görə, bu təhlükəli sistem "Chrome" ən son versiyasına belə yüklənilir.

"Defensecode LLC" adlı şirkətin informasiya təhlükəsizliyi üzrə mühəndisi Bosko Stankovic istifadəçilərin icazəsi olmadan kompüterlərə yüklənən virus proqaramları müşahidə edib. Onun sözlərinə görə, bu təhlükəli sistem "Chrome" ən son versiyasına belə yüklənilir. Son günlərdə internetdə çoxsaylı viruslar dolaşır. Onlardan bəziləri məxfi informasiyaların köçürülməsinə xidmət edir. Bu kimi halların qarşısını almaq üçün şəbəkələrdən istifadə edərkən diqqətli olmaq lazımdır.

Zərərli veb saytları, istifadəçilərə soruşmadan onların kompüterlərinə (SCF) adlı bir fayl yükləyir. Komüterə avtomatik şəkildə yüklənən (SCF) fayl papkası açıldığı an virus kompyuterin daxili yaddaşında olan məxfi məlumatları şəbəkəyə yükləməyə başlayır. Bunun sistemin köməyi ilə hakerlər istifadəçilərin gizli məlumatlarını əldə edir və onları şantaj edir. Əsasən kodu yaddaşa verdiyiniz sosial hesablarınıza asanlıqla şata bilən virus onları ələ keçirir: Onedrive, Outlook.Com, Office 365, Office Online, Skype, Xbox Live və s.

Hazırda bu sistemin qarşısını ala biləcək anti-virus proqramı mövcud deyil. "Google" bununla bağlı heç bir bəyanat verməyib. Təhlükəsizlik məqsədilə bir müddət "Chrome" yerinə "Mozilla Firefox", "Internet Explorer", "Microsoft Edge" və "Opera" kimi brauzerlərdən istifadə etməyiniz məsləhət görülür. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31