Dünya
Whatsapp-da göndərilən bu linkə girməyin
Ən böyük mesajlaşma proqramı olan WhatsApp-da yeni təhlükəli virus yayılıb. Proqram istifadəçilərinə "Whatsapp.com" linki göndərilir. Linkə daxil olanda WhatsApp-la əlaqəsi olmayan sayt açılır. Maraqlıdır ki, həmin saytda hərflər kiril əlifbasındadır.
Cennifer Lopes toya hazırlaşır
Məşhur amerikalı aktrisa və müğənni Cennifer Lopes yenidən ailə həyatı qurmağa hazırlaşır. 47 yaşlı "Cey Lo" 41 yaşlı sevgilisi, beysbolçu Aleks Rodrigeslə münasibətlərini rəsmiləşdirmək niyyətindədir.
Bu qida ya öldürür, ya da "dirildir" - İylənmiş balığın BİLİNMƏZ FAYDALARI
Dünyanın ən maraqlı yeməklərinə Çin və Yaponiya mətbəxində rast gəlmək olar. Heyvanların, həşəratların ölüsünü və dirisini inanılmaz üsullarla qidaya çevirən xalq insanları təəccübləndirir. Uzun ömürlüyün sirri yəqin həşərat yeməkdədir. Ən az Çin və Yapon mətbəxi qədər maraqlı üçüncü mətbəx misirlilərə məxsusdur desək, heç dəşişirtmiş olmarıq. Misirlilər balıq yeməyi çox sevir. Xüsusilədə “Fesik” balığını. Bu canlının digər balıqlardan bir çox fərqi var.
"Kiraz mevsimi"nin sevgililləri: "Evlənməyə hazırlaşmırıq"
"Kiraz mevsimi" serialında birgə çəkildikdən sonra sevgili olan Serkan Çayoğlu və Özge Gürelin evlənəcəyi barədə xəbərlər yayılıb. Özge bu barədə verilən sualları belə cavablandırıb: "Yox, evlənməyə hazırlaşmırıq. İndiki münasibətimizdə hər şey qaydasındadır".
Türkiyənin şərqində terrorçuların hücumu olub - SON DURUM
Türkiyənin şərqində Tunceli vilayətində blokposta terrorçuların hücumunun qarşısı alınıb. Hüquq-mühafizə orqanlarının hücumla bağlı yaydığı informasiyada qeyd edilir ki, hücumun qarşısı alınıb, terrorçular tərkislah edilib. Xəsarət alanlar barədə məlumat verilməyib.
Fransa hökumətinin yeni tərkibi açıqlandı
Yelisey Sarayının baş katibi Aleksi Koler bu gün Fransa hökumətinin yeni tərkibini açıqlayıb. Fransanın daxili işlər naziri Lion şəhərinin meri Jerar Kolon olub.Fransanın müdafiə naziri postuna isə Avropa Parlamentinin deputatı Silvi Qular təyin edilib. Keçmiş müdafiə naziri Le Drian isə Fransanın yeni xarici işlər naziri olub.
İstanbul faciədən döndü: 10 kiloqramlıq bomba son anda tapıldı - VİDEO
Polisin ayıq-sayıqlığı İstanbulu böyük faciədən xilas edib. Meşəlik sahədə şübhəli paketdən 10 kiloqramlıq bomba tapılıb.
Avropa İttifaqının Ukrayna üçün viza rejimini ləğv etməsi ilə bağlı yekun sənəd imzalanıb
Bu gün Strasburqda Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimi keçirilib. Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa İttifaqına sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib. “Biz buna nail olduq. Əladır! Hər şey qaydasındadır, hər kəs məmnundur.
Dilənçinin üstündən 6340 AZN pul çıxdı
Türkiyədə aparılan araşdırma nəticəsində küçələrdə diləndirilən uşaqların üzərindən inanılmaz məbləğdə pul tapılıb. Türkiyənin Diyarbəkir bölgəsində çoxsaylı şikayətlər əsasında reyd keçirilib.
Nüvə üçbucağı dünyanı məhv edə bilər: Dəhşətli ssenariyə DOĞRU
Bu günlərdə Çinin paytaxtı Pekində keçirilən “Bir kəmər - bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumunda dünyanın 30 ölkəsinin liderləri toplaşdı.
Ermənistanda homoseksuallar etiraz edir
Ermənistanın LGBT icması ölkədə cinsi dəyişikliklərə icazə verilməsini istəyir. Bu barədə "Yeni Nəsil" humanitar ictimai təşkilatın sədri Sergey Qabrelyan bildirib.
Putin: “Lavrov-Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"
"Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”. Bunu Rusiya prezidenti Vladimir Putinİtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Ermənistanda nazir işdən çıxarılıb
Ermənistanın ədliyyə naziri Arpine Ovanisyan vəzifəsindən azad edilib. Bu barədə Ermənistan prezidentiSerj Sarkisyan sərəncam imzalayıb. A. Ovanisyan bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.
Vaşinqtonda tarixi görüş
Soçi görüşündən sonra Türkiyə cəmiyyətinin əsas diqqəti mayın 16-da keçirilən Ərdoğan-Tramp görüşünə yönəlmişdi. Bu görüş həmin vaxta təsadüf edirdi ki, bir tərəfdən Ankara Vaşinqtonun heç də ürəyincə olmadığı bir halda Moskva ilə münasibətləri daha da inkişaf etdirir, digər tərəfdən Birləşmiş Ştatlar da sanki Türkiyəni bu siyasətinə görə cəzalandırırmış kimi Suriyada türklərə qarşı vuruşan YPĞ-ya hərbi dəstək verir. Bütün bunlara rəğmən Vaşinqton görüşünün Birləşmiş Ştatlarla Türkiyə arasında mövcud olan buzları əridəcəyinə böyük ümidlər vardı. Elə Türkiyədə də müstəqil analitiklər hesab edirdilər ki, Vaşinqton görüşü Birləşmiş Ştatlar-Türkiyə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı ola bilər. Buna isə Türkiyədən daha çox Birləşmiş Ştatlar maraqlı olmalıdır. Səbəblər isə müxtəlifdir.
Ərdoğanla Trampın görüşündə tərcümə səhvi
Türkiyə prezindenti Rəcəb Tayyip Ərdoğanın Ağ Evdə həmkarı Trampla görüşü zamanı mətbuata verdiyi açıqlamasında tərcümə səhvi olub. Ərdoğan çıxışında "Terror təşkilatları ilə prinsipial və qərarlı mübarizə məsələsində keçmişdə yaşanan səhvləri kompensasiya edəcək addımların davamının gələcəyinə ümid edirik" desə də tərcüməçi bunu "terror təşkilatlarına qarşı bütün dünyada aparılan mübarizədə, biz keçmişdə etdiyimiz səhvləri təkrarlamayacağız" şəklində ABŞ prezidentinə çatdırıb.














