Dilənçinin üstündən 6340 AZN pul çıxdı
Türkiyədə aparılan araşdırma nəticəsində küçələrdə diləndirilən uşaqların üzərindən inanılmaz məbləğdə pul tapılıb. Türkiyənin Diyarbəkir bölgəsində çoxsaylı şikayətlər əsasında reyd keçirilib.
17 May 2017 17:03 DünyaTürkiyədə aparılan araşdırma nəticəsində küçələrdə diləndirilən uşaqların üzərindən inanılmaz məbləğdə pul tapılıb. Türkiyənin Diyarbəkir bölgəsində çoxsaylı şikayətlər əsasında reyd keçirilib. Küçələrdə salfet satan uşaqların arasında Suriyadan gəlmiş vətəndaşlar da olmaqla bir neçə nəfər saxlanılıb. Dilənçilərdən birinin üzərindən 14 min lirə (6340 AZN) pul tapılıb. Polis dəstələri Suriyalı qaçqınların sıxlıq təşkil etdiyi ərazilərdə, park və küçələrdə dolaşan şübhəli şəxsləri saxlayıb. Faktla bağlı araşdırmalar davam edir. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31