Bu qida ya öldürür, ya da "dirildir" - İylənmiş balığın BİLİNMƏZ FAYDALARI

Dünyanın ən maraqlı yeməklərinə Çin və Yaponiya mətbəxində rast gəlmək olar. Heyvanların, həşəratların ölüsünü və dirisini inanılmaz üsullarla qidaya çevirən xalq insanları təəccübləndirir. Uzun ömürlüyün sirri yəqin həşərat yeməkdədir. Ən az Çin və Yapon mətbəxi qədər maraqlı üçüncü mətbəx misirlilərə məxsusdur desək, heç dəşişirtmiş olmarıq. Misirlilər balıq yeməyi çox sevir. Xüsusilədə “Fesik” balığını. Bu canlının digər balıqlardan bir çox fərqi var.

Dünyanın ən maraqlı yeməklərinə Çin və Yaponiya mətbəxində rast gəlmək olar. Heyvanların, həşəratların ölüsünü və dirisini inanılmaz üsullarla qidaya çevirən xalq insanları təəccübləndirir. Uzun ömürlüyün sirri yəqin həşərat yeməkdədir. Ən az Çin və Yapon mətbəxi qədər maraqlı üçüncü mətbəx misirlilərə məxsusdur desək, heç dəşişirtmiş olmarıq. Misirlilər balıq yeməyi çox sevir. Xüsusilədə "Fesik" balığını. Bu canlının digər balıqlardan bir çox fərqi var.

Sizə "fesik" adlanan mayalı və kəskin iyi olan balığın insan orqanizminə faydalarını təqdim edirik.

Misirlilərin "fesik" balığına düşkünlüyü min il əvvələ dayanır. Qədim və ənənəvi üsullarla hazırlanan balıq misirlilərin əvəzsiz yeməklərindən hesab olunur. Baxmyaraq ki, hər il Misirin Səhiyyə Nazirliyi xalqı bu balıqları yeməməyə çağırır, əhali iylənmiş balıqlardan hazırladıqları yeməklərin dadını çox sevir.

Səhiyyə Təşkilatı xəbərdar edir ki, bu iylənmiş balıqlar insan sağlamlığına ciddi ziyan vura bilər. Ağır zəhərlənmə halları ən pis ehtimalda ölümlə səbəb olar. Düzgün hazırlanma qaydasını çox az insanın bildiyi ölüm təhlükəsi yaradan "fesik" bəzi restoranlarda müştəri toplamaq üçün reklam məqsədilə istifadə edilir.

1991-ci ildə bu balığı yeyən 18 nəfər ağır qida zəhərlənməsi səbəbindən həyatını itirmişdi. Buna baxmayaraq Misirdə demək olar ki, bütün mağazalarda sözügedən balıq növünə rast gəlmək mümkündür.

Ənənəvi üsullarla hazırlanan duzlu, pis qoxulu, mayalı boz balıq Qahirədə Səhiyyə Nazirliyi tərəfindən lisenziya almış "Şahin" adlı mağazalar şəbəkəsində belə mövcuddur.

Emad İsgəndər adlı Misir vətəndaşı müntəzəm olaraq bu balıqdan istifadə etdiyini və bu günə qədər heç bir şikayətinin olmadığını deyib. Onun sözlərinə görə, bu misir camaatının uydurduğu nağıldır. Onların bəziləri bu balığı "aşağı təbəqənin" yeməyi adlandırsalar da, özləri də onun dadından uzaq qala bilmirlər.

Bu iylənmiş balıq xüsusi olaraq kəpəkli undan hazırlanan və qalınlığı yuxadan bir az çox olan çörək, zeytun, limon və soğan ilə süfrəyə servis edilir.

Balığın tarixi təxminən Misir Fironlarının dövrünə qədər gedir. Rəvayətə görə, hər dəfə yay fəslində suyu quruyan Nil çayının yerində həmin bu iylənmiş, qoxulu balıqlar toplanırmış. İnsanlar bu balıqları yığıb günəş şüaları altında qurudurlar. Sonra balıqları 45 gün ərzində duzlu suda saxlayırlar. Duzun miqdarına diqqət etmək lazımdır çünki, normadan az qoyularsa, balıq çürüyər. Balıqı 45 gün ərzində "bişirən" məhz duzdur. Suyun üzünə çıxan balıqları yemək olmaz. Onların tərkibində çoxsayda botulizm bakteriyaları əmələ gəlir ki, bu da qida zəhərlənməsinə yol açır.

Misirlilər qədim dövrdən bu günə kimi "küləyi iylə" adlanan bahar bayramı keçirir. Nil çayının baharda quruması səbəbindən onlar bu iylənmiş balıqları məhz bahar bayramında xüsusi bayram yeməyi kimi bişirirlər.

Lakin qahirəlilər misirlilərdən fərqli olaraq geniş mözakirələr səbəb olan "fesik" balığından daha az istifadə edirlər. Onlar xüsusi günlərdə bununla yanaşı "siyənək" balığından hazırlanan yeməklərə üstünlük verirlər.

Düzgün üsullarla hazırlanmayan balığın səbəb olduğu qida zəhərlənməsi ürək bulanma və qusma kimi yüngül əlamətlərlə müşahidə olunur. Lakin bu proses ciddi həkim nəzarətinə alınmazsa, iflic və hətta ölümə belə gətirib çıxara bilər.

2011-ci ildən ölkədə iqtisadi böhran hökm sürür. Bu proses mağazalarda "fesik" balığının satışının azalmasına səbəb olub.

Bəzi insanlar geniş müzakirələr səbəb olan bu balığın dadını öyrənmək üçün sosial şəbəkələrdə, televiziya kanallarında verilən yemək reseptlərini "fesik" balığı ilə hazırlamağa cəhd edir. Lakin bu uzun və səbirli prosesdir. Balığın dadına baxmaq üçün 45 gün səbir etmək lazımdır.

İnsanlar bu balığı oruc tutarkən iftar süfrələrində belə istifadə edirlər.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31