Putin: “Lavrov-Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq"
"Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”. Bunu Rusiya prezidenti Vladimir Putinİtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
17 May 2017 16:30 Dünya"Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır". Bunu Rusiya prezidenti Vladimir Putinİtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Rusiya dövlət başçısı Lavrov-Tramp görüşünün nəticələrini yüksək qiymətləndirib. Trampın Lavrova gizli kəşfiyyat məlumatları ötürməsi iddialarına gəldikdə isə Putin bildirib ki, ABŞ-da siyasi şizofreniya inkişaf edir: "Bu boş şeyləri çıxaranlar ya axmaqdırlar, ya da təhlükəlidirlər. Onlar xarici siyasi vəziyyəti gərginləşdirərək ABŞ-a ziyan vururlar". Apa.az