Avropa İttifaqının Ukrayna üçün viza rejimini ləğv etməsi ilə bağlı yekun sənəd imzalanıb

Bu gün Strasburqda Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimi keçirilib.  Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa İttifaqına sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri  Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib. “Biz buna nail olduq. Əladır! Hər şey qaydasındadır, hər kəs məmnundur.

Bu gün Strasburqda Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimi keçirilib.  Mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa İttifaqına sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri  Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib. "Biz buna nail olduq. Əladır! Hər şey qaydasındadır, hər kəs məmnundur. Biz buradayıq, biz çox şadıq, hər kəs - siyasətçilər, jurnalistlər, 45 milyon ukraynalı məmnundur", - deyə P. Poroşenko bildirib.   Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Bunun iyunun 11-də baş verəcəyi gözlənilir. Apa.az "112.ua" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31