Türkiyəli generallar Almaniyadan sığınacaq istədi
Ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib.
17 May 2017 13:41 DünyaÖtən ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirakda ittiham olunan iki general Almaniyanın Frankfurt şəhərində sığınacaq istəyib. Həmin generallar Frankfurt hava limanına çatdıqdan sonra müvafiq orqanlara qaçqın statusunun alınması üçün müraciət ediblər. İlkin araşdırmalardan sonra generallar Gisen şəhərindəki qaçqınların qəbul olunması üzrə məntəqəyə yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31