Sosial

2 yaşlı Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi keçiriləcək

14 İyul 2017 15:44

Gənclər Təşkilatları Milli Şurasının Azərbaycanda əlaqələndiricisi olduğu “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi elan olunub.

İlqar Mikayıloğlunu ilan sancdı - Bakıya gətirilir - YENİLƏNİB

14 İyul 2017 15:29

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb. Bu barədə açıqlamasında İ.Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında Beyləqan rayonu ərazisində baş verib: "İlqar yeni veriliş hazırlayır. Həmin verilişin çəkilişi zamanı onu ayağından qəfil ilan sancdı. Beyləqandakı hospitalda İlqara ilkin tibbi yardım göstərildi.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir

14 İyul 2017 15:16

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir.  AXDG  “Professor Əziz Əliyev” adında daha bir gəmini  Xəzərdən kənarda istismar edəcək.

Konstitusiya Məhkəməsi "Banklar haqqında" qanuna şərh verdi - QƏRAR

14 İyul 2017 15:12

Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda “Banklar haqqında” qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Mülki Prosessual Məcəllənin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” qanunun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Qızıl məmulatının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

14 İyul 2017 15:07

Gömrük əməkdaşları külli miqdarda qızıldan hazırlanmış sikkə və külçələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan “Olaylar”a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qızıl məmulatının bir qrup şəxs tərəfindən qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşları Rzayev Zakir Rauf oğlu və Qasımov Qasım Bala Nadir oğlu nəzarətə götürülüb.

Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir

14 İyul 2017 15:04

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcək.

Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir

14 İyul 2017 15:00

Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Lerikdə “Sosial problemlərin həllində mədəniyyət amili” mövzusunda debat

14 İyul 2017 14:59

İyulun 14 – də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Lənkəran regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayonunda gənc mədəniyyət işçiləri arasında “Sosial problemlərin həllində mədəniyyət amili” mövzusunda növbəti debat təşkil olunub. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbirdə Lənkəran regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan Lənkəran, Lerik, Astara rayonlarının mədəniyyət müəssisələrinin 50 nəfərdən çox gənc mədəniyyət işçsinin iştirak ediblər.

291 431 nəfər müayunədən keçib

14 İyul 2017 14:39

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291 431 nəfər keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən olunub.

Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar Bakıda vəhdət namazı qılınacaq

14 İyul 2017 13:55

İyulun 15-də Bakıda Heydər məscidində vəhdət namazı qılınacaq. Namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edəcək. Vəhdət namazı 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü münasibətilə qılınacaq. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaz qılacaq, hərbi çevrilişin qarşısının alınması zamanı həlak olanlar yad ediləcək, ruhlarına dualar oxunacaq.

Bakıdakı ana ölümünün dəhşətli səbəbi - Həyatını bir oğula qurban verdi...

14 İyul 2017 13:33

İyulun 12-də Respublika Perinatal Mərkəzdə ana ölümü hadisəsi baş verib. Mərkəzin direktoru, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, iyulun 10-da Şamaxı rayon sakini 34 yaşlı Bəkirova Kəmalə rayon mərkəzi xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzə daxil olub.

Torpaq idarəçiliyinə problem yaranıb

14 İyul 2017 13:22

Ölkədə torpaq islahatının ikinci mərhələsinin başa çatdırılmaması bu sahənin idarə olunmasında müəyyən çətinliklər yaradıb. Xüsusən, bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi torpaq bazırının yaranmasına mənfi təsir göstərib. Məhz bu kimi halların nəticəsidir ki, torpaq hərracı zamanı bəzi bələdiyyələr nəinki qonşu ərazilərə, hətta dövlət torpağına dair qanunsuz qərar verir.

Yeni yerüstü piyada keçidi inşa olunub

14 İyul 2017 13:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC kompleks tədbirləri davam etdirir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. Söhbət yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdən gedir.

Süni qidalar uşaqların ölüm riskini artırır

14 İyul 2017 13:05

Azərbaycanda uşaqların yarıdan çoxu süni qidalarla böyüyürlər. Rəsmi statistikaya görə, ölkənin regionlarında bu göstərici bir qədər çoxdur. Regionlarda 55% yaxın uşaq süni südlə qidalanır, şəhər yerlərində isə bu göstərici 48%-dir. Mütəxəssilərin qənaətinə görə, müxtəlif süni qidalarla bəslənən uşaqlar arasında xəstələnmək və ölüm faizi ana südü ilə qidalananlarla müqayisədə daha yüksəkdir.