Süni qidalar uşaqların ölüm riskini artırır

Azərbaycanda uşaqların yarıdan çoxu süni qidalarla böyüyürlər. Rəsmi statistikaya görə, ölkənin regionlarında bu göstərici bir qədər çoxdur. Regionlarda 55% yaxın uşaq süni südlə qidalanır, şəhər yerlərində isə bu göstərici 48%-dir. Mütəxəssilərin qənaətinə görə, müxtəlif süni qidalarla bəslənən uşaqlar arasında xəstələnmək və ölüm faizi ana südü ilə qidalananlarla müqayisədə daha yüksəkdir.

"Xarici görkəmlərini qoruyan" analar övladlarını ömürlük şikəst edirlər

Azərbaycanda uşaqların yarıdan çoxu süni qidalarla böyüyürlər. Rəsmi statistikaya görə, ölkənin regionlarında bu göstərici bir qədər çoxdur. Regionlarda 55% yaxın uşaq süni südlə qidalanır, şəhər yerlərində isə bu göstərici 48%-dir. Mütəxəssilərin qənaətinə görə, müxtəlif süni qidalarla bəslənən uşaqlar arasında xəstələnmək və ölüm faizi ana südü ilə qidalananlarla müqayisədə daha yüksəkdir. Təsəvvür edin ki süni qida yeyən uşaqların ölüm göstəriciləri ana südü ilə qidalananlardan 3,9 -4 dəfə çoxdur. Onlar hesab edirlər ki, dünyada ana ölümlərinin yarısı erkən ahılıq dövründə baş verir. Ana öz övladına süd verərək uşaqla təmasda olur. Bu da ananın xəstələnmə əmsalını aşağı salır. Ana südü ilə qidalanma hər bir gənc ananın 6 ay ərzində onun bədənində olan fizoloji dəyişikliklər əsasında hamilə qalmamasına da yardımçı olur. Körpəyə ana südü vermək anaların süd vəzilərində xərçəng xəstəliyinin profilaktikası üçün də vacibdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov bildirib ki, ölkədə ana südü ilə əmizdirmə faizi,  hətta  Mərkəzi Avropa ölkələrindən geri qalır. AİB 20 ilə yaxındır ki, Ana südü ilə əmizdirməyə dair Beynəlxalq Təşkilatın üzvüdür. Buna səbəb Azərbaycanda uşaq qidalarının satışının sürətlə artmasıdır. Ölkədə 10 ildir ki, erkən yaşlı uşaqların qidalanmasına dair Azərbaycan Respublikasının Qanununun  olmasına baxmayaraq, bu problem hələ də həllini tapmır. Qanunun və Ümumdünya Səhiyyə, dünya təşkilatlarının  ana südünə dair əmizdirmə kodeksinin tələblərinə görə  pediatrların körpə qida distribüterləri ilə əlaqələri qadağan olunub.  Lakin Azərbaycanda da bu qadağanın qüvvədə olmasına baxmayaraq, pediatrların körpə qida distrübuterləri ilə gizli şəkildə sıx əlaqələri mövcuddur: "Bizə gələn istehlakçı fikirlərinə əsasən doğum evlərindən analara süni qida təklif edirlər, hətta evə gedəndən sonra da zəng edib təqdim edirlər. Süni qidalar pediatrların əli ilə ailələrə çatdırılır.  MDB  ölkələri üzrə Azərbaycanda körpə qidaları daha bahadır. Mövcud qanunvericiliyə görə, körpə qidaları 20 dərəcədən aşağı temperaturlarda saxlanılmalıdır.  Bizdə isə yay aylarında belə, harda gəldi körpə qidalarının satıldığını görürük. İnkişaf etmiş ölkələrdə süni qidalar göz qabağında  satılmır. Araşdırmalara görə,  körpəsini əmizdirən analar süni körpə qidasını görəndə belə  südü çəkilir. Anaların beynində avtomatik olaraq şüuraltı fikir formalaşır: Körpə ağlayanda bu qidanı verə bilərəm". Onun sözlərinə görə, Azərbaycan İstehlakçılar İctimai Birliyinin dəstəyi ilə 150 adda körpə qidasının etiketi təmənnasız olaraq Azərbaycan dilinə tərcümə edilib. Qidaların vaxtları,  saxlanma şəraitlərinə əməl edilməsinə riayət olunması haqqında  sənəd hazırlanıb: "Təəssüf ki,  bu sənədə əməl edilmir. Hətta Gəncədə üstündə mismarla vaxt yazılmış uşaq qidaları görürük.  Nə qədər ki, Azərbaycanda  analar ana südünün  mükəmməlliyi ilə  bağlı biliyə malik deyil,  körpə qidaları Azərbaycanda çiçəklənəcək ".

Respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, hazırda ən aktual problemlərdən biri uşaqların qidalanması ilə bağlıdır: "1980-ci ildə 20 faiz uşaq ana südü ilə qidalanırdı. İş adamları da bundan istifadə edərək sənaye üsuli ilə süni qidalar istehsal etməyə başladılar. Ananın südü qədər uşağın ehtiyaclarını ödəyən ikinci qida yoxdur. Ana südündən cavan qızlar imtina edir. Bu istiqamətdə yeganə doğru yol ondan ibarətdir ki, ictimai xadimlər, din xadimləri, jurnalistlər birgə mübarizə aparmaqla nəticə əldə edilə bilər. Övladına 2 yaşa qədər süd verən ana 96 faiz halda hamilə qalmır. 2 il ərzində ana orqanizmində normal fizioloji proseslər davam edir və növbəti hamiləliyə hazırlaşır. Uşaqlar arasında ölüm əmsalı 3.9-4 dəfə süni qida ilə qidalananlarda daha çox rast gəlinir, nəinki ana südü ilə qidalanmada. 1992-1993-ci ildə aparılan araşdırma nəticəsin 1 yaşa qədər körpələrin ana südü ilə qidalandırılması 25 faiz idi. Lakin indi bu faiz 48-50 faiz arasında dəyişir". N.Quliyev bildirib ki, analarda 2 faiz halda ana südünün çatışmazlığı olur: "Bu isə anaların xəstəliyi ilə bağlı olur. Nəticədə 48 faiz ana övladına süd vermir. Bu subyektiv səbəblər içərisində birinci yerdə hamilə qadın, ananın süd vermək istəyinin olmamasıdır. Səbəblər ortaya çıxır ki, analara rəfiqələri məsləhət verir ki "süd versən, fiquran pozular, ərin boşayar" və s. Ana südü ilə qidalanma Almaniyada 80 faizə çatır. Amma əmziyi, süd butulkalarını düzəldib bizə satırlar. Almaniyada ana südü ilə qidalanma yüksək faizdir". Baş pediatr qeyd edib ki, süni qidalarla bağlı bir neçə dəfə qanun qəbul edilib. "Küçələrdə süni yeməklərin reklamı dolu idi. Ana südünü istehsal edib, Nobel mükafatı almaq istəyənlər də olub. Lakin edə bilməyiblər. Süni mayalanma olur, amma ana südünün hazırlanması qeyri- mümkündür".

Müasir təbabət hesab edir ki, uşaqların düzgün qidalanmaması və xüsusən də uşaq profilaktikasının düzgün aparılmaması nəticəsində əmələ gələn pataloji hallar, uşaqlarda xəstəliklərin əmələ gəlməsinə şərait yaradan əsas faktorlardan hesab olunur. Belə ki, indi süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80-100 litrə qədər süd verir, onlar artıq bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmir, bəzi infeksiyalara tutulur və müəyyən müddətdən sonra ətləri istifadəyə yararsız hesab olunur. Valideynlər isə bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər. Genetik modifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasına çox ciddi təsir edir. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlara nisbətdə böyük olur. Bütün bunların səbəbi vaxtında uşaqların düzgün qidalanmamasıdır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31