Sosial
İsti hava meteohəssas insanlarda narahatlıq yaradacaq
İyulun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başlayır
İyulun 17-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Nazirlikdə keçirilən mətbuat konfransında məlumat verib.
Mediaya şad xəbər: 3-cü bina
Mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur.
Ana ölümü ilə bağlı açıqlama
Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.
Hansı maşınlar təcili texniki baxışdan keçməlidir?
"Rusiya və başqa MDB dövlətləri istisna olmaqla xarici ölkələrdə (Almaniya, Yaponiya, Koreya, ABŞ, Fransa, İran, Çin və s) istehsal olunan minik avtomobillərinin, onların qoşqularının və motosikletlərin illik texniki baxış müddətinin bitməsinə cəmi 17 gün qaldı".
Biz niyə balıq əti yemirik?
“Radiodan iki gün öncə dinlədim ki, Azərbaycan əhalisi qonşu ölkələrə nisbətdə daha az balıq yeyir və daha az üzgüçülük vərdişlərinə yiyələnir. Həqiqətən də müşahidələrimiz, həyat təcrübəmiz göstərir ki, bizdə qoyun-quzu, dana ətinə təlabat daha çoxdur və balıq məhsullarına ən azı Türkiyədəki qədər həvəslilik yoxdur”.
Dini radikalizmə qarşı mübarizə məsələləri müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonu Sədan kəndində “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” adlı seminar-treninq keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov və kənd ictimaiyyəti iştirak ediblər.
“Azərsu”dan xəbərdarlıq
İyulun 14-də gün ərzində Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq. Bu barədə məlumat “OLAYLAR”-a "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, buna səbəb Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.
Miqrasiya Xidməti səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 48 şəxs istifadə edib.
Uşaqların ad günü mərasimində faciə - Meksikada
Meksikanın Tizayuca şəhərində maskalı şəxs silahla uşaqların ad günü mərasiminin keçirildiyi məkana hücum edib. Silahlı şəxs ətrafa atəş açaraq 11 nəfəri öldürüb. Hadisə yerinə gələn polislərin dediyinə görə, çadırda təşkil olunan mərasimdə iştirak edən 3 uşaq sağ qalsa da, valideynləri həlak olub.
SOCAR-dan STAR zavodundakı zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Vüqar Səfərli: "Mənzil veriləcək jurnalistlərin adı... "
Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq. Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
Yayın qalan günləri necə keçəcək? - Coğrafiya İnstitutundan PROQNOZ
Azərbaycanda bu il qızmar istilərin olacağı, yəni 40 dərəcə və ona yaxın temperaturun davamlı olaraq müşahidə ediləcəyi gözlənilmir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Ana doğuşdan sonra dünyasını dəyişdi
Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib. Hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.














