Sosial

Xanımlar, arıqlamaq istəyirsinizsə gülümsəyin!

13 İyul 2017 19:40

İngiltərəli mütəxəssislər maraqlı fikirlə çıxış ediblər. Belə ki, "dumanlı albiom" mətbuatının verdiyi məlumata görə, onlar artıq çəkidən əziyyət çəkən şəxslərə, xüsusilə xanımlara gülməyi məsləhət görürlər. Sən demə, yaxşı əhval, incikliyin olmaması, ürəkdən gülmək arıqlamağa kömək edir. Araşdırma göstərib ki, gün ərzində 16-20 dəfə ürəkdən gülən qadınlar artıq çəkidən daha asanlıqla qurtulurlar.

Alimlərdən məsləhət: Siqaret çəkənlər çoxlu yerkökü yeməlidir

13 İyul 2017 19:35

Siqaret çəkənlər çoxlu yerkökü yeməlidirlər. Yerkökünün hətta ən qatı siqaret çəkənlərin ağciyərinin fəaliyyətini yaxşılaşdırdığını aydınlaşdıran britaniyalı alimlər belə qənaətə gəliblər.

Oturaq işdə çalışan insanlar 10 il tez qocalırlar

13 İyul 2017 19:26

İnsanların iş saatlarını bütünlüklə oturaq vəziyyətdə keçirdikləri ofislərin sayı getdikcə artmaqdadır. Oturaq vəziyyət müxtəlif xəstəliklərə yol açır. Belə ki, oturaq işdə çalışan insanlar hərəkətli insanlara nisbətən orta hesabla 10 il tez qocalırlar. O da sübuta yetirilmişdir ki, davamlı oturaq həyat tərzi artıq çəkiyə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Hərəkətsiz həyat tərzi orqanizmin müxtəlif sistemlərində pozulmalara səbəb olur. Bəzi orqanlar isə xəstəliklərə daha çox meyllidir.

Övlad sahibi olan kişilərdə ürək xəstəlikləri riski azdır

13 İyul 2017 19:21

Uşaq sahibi olan kişilərdə ürək xəstəliklərinə yaxalanma riski azdır. Övladı olan kişilərin ürək xəstəliklərindən ölmək riski aşağıdır. ABŞ-da aparılan araşdırmanın nəticələri belə deməyə əsas verir. 138 min kişinin törəmə və ölüm səviyyəsi üzərində aparılan araşdırmada ata olan kişilərin olmayanlara nisbətən ürəklə bağlı xəstəliklərə yaxalanmaq riskinin daha aşağı olduğu üzə çıxıb. Ölüm səviyyəsində fərq olmasa da, xəstəlik riski bu zaman 17 faiz azalmış olur.

İŞİD tərəfdarları Azərbaycana buraxılmır

13 İyul 2017 19:00

İyulun 7-də “Türk Hava Yolları”nın saat 01:35 reysi ilə İstanbuldan Bakıya vətəndaş nikahında olan Yevgeni Koçaari (1990-cl il təvəllüdlü) və Svetlana Uxanova (1993) ailə cütlüyü və onların uşaqları – Yelizaveta Uxanova (2011) və Əminə Koçaari (2016) deportasiya olunmalı idi. Onların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Virtualaz.org-un mənbələrinin bildirdiyinə görə, Svetlana və Yevgeninin İŞİD terror qruplaşması ilə əlaqələri var və ola bilsin ki, onlar Türkiyə vasitəsilə Suriya ərazisinə keçmək istəyiblər.

“Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir keçirilib 

13 İyul 2017 18:31

Binəqədi Gənclər Evində Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə əlaqədar vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə.

İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə olublar

13 İyul 2017 18:28

Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının media fəaliyyətinə məsul qurumlarının nümayəndələrindən ibarət heyət Gəncə şəhərində olub. Qonaqlar öncə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar. Şəhərin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib.

Günəş xeyli böyüyəcək və Yerə... - Azərbaycanlı alim 5 il sonra olacaqları açıqladı

13 İyul 2017 18:24

Günəşin səthində böyük bir ləkə tapılıb. Bu ləkənin Yer kürəsindən 19 dəfə böyük olduğu bildirilir. Xarici mətbuatın məlumatına görə, bu barədə NASA açıqlama yayıb. Məlumatda bildirilir ki, ləkənin ölçüsünün böyüklüyü Günəşdə təhlükəli partlayışa səbəb ola və Yer kürəsində rabitə sistemlərinə zərər verə bilər. Partlayışın bir başqa ziyanı isə atmosferə radioaktiv maddələr axını yaratması ehtimalıdır.

Texniki baxışla bağlı sürücülərə ŞAD XƏBƏR

13 İyul 2017 18:11

İyulun 31-də xaricdə istehsal olunan avtomobillərin texniki baxışdan keçirilməsinin sonuncu günüdür. Vaxtın birməsinə az müddət qalmasına baxmayaraq hələ də texniki baxışdan keçmək üçün avtomobilini müayinə məntəqəsinə aparan sürücülərin sayı çox azdır.

Beş mindən çox vətəndaşın "sosial mənzil" əldə etmək hüququ təsdiqlənib

13 İyul 2017 18:08

"Ötən müddət ərzində "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb". MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan  verilən məlumata görə, bu barədə 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı MİDA-da keçirilən hesabat iclasında qurumun direktoru Samir Nuriyev bildirib. 

Bakıda içində adamlar olan lift şaxtaya düşdü

13 İyul 2017 18:00

Bakıda lift şaxtaya düşüb. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada liftin şaxtaya düşdüyü, içərisində adamların olduğu bildirilir.

İntihar edən idmançımızın telefonundan intihar mesajı tapıldı

13 İyul 2017 17:58

İyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Vüqar Səfərli: "İlkin olaraq mənzillərin veriləcəyi 255 KİV əməkdaşının adı müəyyənləşib"

13 İyul 2017 17:51

"KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb". Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

Azərbaycanda erməninin rəhbərlik etdiyi şirkətin taksiləri işləyəcək

13 İyul 2017 17:05

"Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.  Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

Lalə Dadaşova: "Brilliantı qınayanlar Mübariz kimi ..."

13 İyul 2017 17:02

Müğənni Lalə Dadaşova xalq artisti, bacısı Brilliant Dadaşovanın "Instagram"da erməni qarmon ifaçısı Varujan Şahbazyanı tərifləməyini pisləyənlərə cavab verib. L.Dadaşova bildirib ki, bu, Brilliantın düşmənlərinin işidir: "Əvvəla "təriflər yağdırmaq" sözü jurnalistlərin hər zamanki kimi hər şeyi şişirtmələridir. Bu söhbəti dünən eşitdim və təəccüblənmədim. Çünki Brilliantın düşmənləri çoxdur və onlar yatmır. Hər fürsətdə onu vurmağa çalışırlar. Buna heç vaxt təəccüb etməmişəm. O, əlçatmaz zirvədir. Ha daş atırlar, çatmır".