Sosial

Dini Komitə Xaçmazda tədbir keçirib

13 İyul 2017 16:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Birliyimiz həmrəyliyimizdədir” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Samid Seyidov, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və kənd ictimaiyyəti iştirak ediblər.

Mərkəzi Bankda “Pul siyasəti” mövzusunda təlim keçirilib

13 İyul 2017 16:52

Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankında “Pul siyasəti” mövzusunda təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlimdə Mərkəzi Bankın Pul siyasəti departamenti tərəfindən Milli Şuraya üzv olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərə ölkədəki pul dövriyyəsi, valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimlənilməsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bakıda qəribə hadisə - 10 ildən sonra damda ev tikilir - VİDEO

13 İyul 2017 16:41

Yasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yaşayan "Altes" plazaya məxsus binanın sakinləri sözügedən şirkətdən narazıdır.   Problemlə bağlı bina sakini, jurnalist Azər Qərib məlumat verib. 

Tağı Əhmədovdan Çovdarovun sensasion iddialarına dair AÇIQLAMA

13 İyul 2017 16:22

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

Ramil Usubov əmr verdi: General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı

13 İyul 2017 16:19

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılmışdır.

İctimai maraqların qorunmasında Azərbaycan mediası böyük əhəmiyyətə malikdir

13 İyul 2017 16:08

Azərbaycanda demokratik cəmiyyətlərə xas olan bütün institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə olaraq ölkədə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur.

QHT-lərə hüquq və maliyyə sahəsində məsləhət xidmətləri təşkil edilir

13 İyul 2017 16:06

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihənin icrasını davam etdirir.

Külli miqdarda vəsaitin büdcədən yayındırma cəhdinin qarşısı alınıb

13 İyul 2017 16:04

Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır: “Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Hicran Hüseynova avstriyalı həmkarı ilə görüşəcək

13 İyul 2017 16:03

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir.Komitədən “Olaylar”a verilən məlumata görə, bu sahədə işgüzar fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 17 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçiriləcək.

Millət vəkili: "Birinin oğlu "avtoşluq" edib bir ailəni öldürür, o biri..."

13 İyul 2017 15:58

"Prezidentin öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurlarının vəzifədən çıxarılacağı ilə bağlı bəyanatı xalq tərəfindən dəstəklənir və biz də bu çağırışa qoşuluruq". Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında məmur və onların övladları ilə bağlı səsləndirdiyi fikrini aznews.az-a şərh edərkən deyib.

General ehtiyata göndərildi

13 İyul 2017 15:55

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılmışdır.

Eyfel qülləsi Donald Trampa görə bağlandı

13 İyul 2017 15:42

Parisin Eyfel qülləsi bu həftənin şənbə gününə qədər ziyarətçiləri qəbul etməyəcək. Məlumata görə, qüllənin müdiriyyəti bu qərarın ABŞ prezidenti Donald Trampın Fransaya işgüzar səfəri ilə bağlı olduğunu bildirib. Belə ki, iyulun 13-14-də Eyfel qülləsi işləməyəcək, iyulun 15-də saat 9:00-dan qapılarını ziyarətçilərin üzünə açacaq. Daha öncə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə Tramp və xanımını bu qüllədə yerləşən restoranda qəbul edəcəkləri bildirilmişdi.

Brilliant Dadaşova erməni musiqiçini tərifləməsinə AYDINLIQ GƏTİRDİ

13 İyul 2017 15:31

Xalq artisti Brilliant Dadaşova erməni qarmonçalan Varujan Şahbazyana tərif yağdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. B.Dadaşova şəxsi İnstagram səhifəsində paylaşım edərək özünü müdafiə edib və yayılan məlumatları "qara piar" adlandırıb: "Əziz dostlarım, mənə "qara piar" edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram".  

XXI Əsrin layihəsi - Bakı-Tbilisi-Qars

13 İyul 2017 15:13

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bağlantının Gürcüstan hissəsində üç mərhələdə (Marabda – Tetriskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlandı və artıq işlər tamamlanmaq üzrədir.

Astarada ağır yol qəzası: Ölən və yaralanan var

13 İyul 2017 15:08

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyət hadisəsi baş verib. Hadisə Astara şəhəri ərazisində baş verib. Belə ki, "Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.