Hicran Hüseynova avstriyalı həmkarı ilə görüşəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir.Komitədən “Olaylar”a verilən məlumata görə, bu sahədə işgüzar fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 17 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçiriləcək.
13 İyul 2017 16:03 SosialAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir. Komitədən "Olaylar"a verilən məlumata görə, bu sahədə işgüzar fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 17 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçiriləcək. Görüşdən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına ziyarət, görüşdən sonra isə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə baxış nəzərdə tutulur. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılacaq.