İctimai maraqların qorunmasında Azərbaycan mediası böyük əhəmiyyətə malikdir

Azərbaycanda demokratik cəmiyyətlərə xas olan bütün institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə olaraq ölkədə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur.

Azərbaycanda demokratik cəmiyyətlərə xas olan bütün institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə olaraq ölkədə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur. Milli qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış, müstəqil medianın formalaşdırılması istiqamətində lazım olan bütün şərait yaradılıb. Üstəlik mətbuata və mətbit işçilərinin sosial problemlərinin həlli ilə bağlı lazımi addımlar atılmışdır. Əslində Azərbaycan dövlətinin söz və mətbuat azadlığına tolerant münasibətinin özül bir ənənəsi var. Ancaq müstəqillik dövründə dövlət tərəfindən mətbuatın inkişafı üçün yaratdığı şərait və  göstərilən qayğı xüsusilə qeyd edilməlidir. Xatırladaq ki, möhtərəm Prezidentimiz İlham Əliyev mətbuatın qarşısında dayanan vəzifələrdən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməlidir. Azərbaycan gənc müstəqil dövlət olsa da öz maraqlarını müdafiə etməyə qadirdir, dünya miqyasında özünə layiqli yer tuta bilib. "Müstəqillik mövzusu daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır" söyləyən Prezident onu da bildirir ki, müstəqillik sadəcə dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır. Tarixi paralellər aparıldıqda Azərbaycanın müstəqillik tarixində hansı çətinliklərlə üzləşdiyinin və onların necə dəf olunduğunun şahidi olarıq. Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə bu günü müqayisə etdikdə müstəqilliyin saxlanılmasının, qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu görürük. Bu gün Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmiş, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrilmişdir. Təbii ki, hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, özü qarşısında bir hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Amma çox təəssüflər olsun ki, bu prinsipləri fəaliyyətlərində arxa plana keçirən mətbuat orqanları da var. Dövlət başçısının bildirdiyi kimi, ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyillər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı üstün tutmalı, dövlətçiliyimizin inkişafına öz töhfəmizi verməliyik. Bu baxımdan jurnalist peşəkarlığı, ən əsası onun vətənpərvərlik duyğuları əsasdır. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimli bildirir ki, möhtərəm Prezidentimiz İlham Əliyev keçirilən hər bir tədbirdə ümumilikdə ölkənin, yaxud hansısa bir sahənin inkişafından geniş bəhs edərək, qarşıda dayanan vəzifələri açıqlayır, tövsiyələrini çatdırır. Daim vurğulayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimində də Azərbaycan mətbuatının dünəninə, bu gününə, keçdiyi inkişaf yoluna bir daha diqqət yönəldən dövlət başçısı İlham Əliyev qarşıda duran vəzifələrdən də söz açdı. Möhtərəm İlham Əliyev cəmiyyətdə müsbət meyillərin daha da gücləndirilməsi, xoş əhval-ruhiyyənin təmin edilməsi üçün xəbər balansının qorunması ilə bağlı tövsiyələrini çatdıraraq bildirdi ki, əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, nikbin olsun:"Reallıq budur ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə, gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Harda yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı uğurlarımızdan qürur duymalı, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışmalıdır. Dövlət başçısı İlham Əliyev "Jurnalistlərin dostu" mükafatının təqdim olunması mərasimində yekun nitqində bu fikri xüsusi qeyd etdi: "Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır- Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq".

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu fikirlərinin fonunda da bütün mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Müharibə şəraitində yaşayan ölkə olaraq, həqiqətlərimizin təbliği gündəlik işimiz olmalıdır. Bu əminliyi də ifadə etmək istərdim ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu gün beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınan və nüfuz qazanan Azərbaycanın uğurları daha da artacaq, yeni-yeni zirvələrə çatacağıq". "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, Azərbaycanda dövlət və ictimai maraqların müdafiəsində mətbuatın özünəməxsus rolu var. İctimai rəyin formalaşmasında, o cümlədən də milli maraqların müdafiəsində mediamız ciddi əhəmiyyət kəsb edir: "Son zamanlar biz bir daha şahidi olduq ki, Azərbaycan mediası ictimai maraqların qorunmasında və cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük əhəmiyyətə malikdir. Cəmiyyətin aparıcı funksiyasını yerinə yetirir. Azərbaycan dövləti də mətbuatın bu rolunu hər zaman yüksək dəyərləndirib və qarşılıq olaraq da öz dəstəyini yetərincə verib. Cəmiyyətdə milli mənlik şüurunun, ictimai rəyin, vətənpərvərlik duyğularının formalaşmasında mətbuatın çox böyük rolu vardır ki, bu da elə ictimai maraqların müdafiəsinə yönəlib. Müstəqillik dönəmində Azərbaycan mətbuatı keşməkeşli və əhəmiyyətli bir yol keçib. Bu dönəmdə cilalanıb, formalaşıb. Media sahəsində fəaliyyət göstərən kifayət qədər vətənpərvər insan var ki, onlar hər zaman Azərbaycan dövlətinin və cəmiyyətinin maraqlarını hər şeydən üstün tuturlar". Mətbuatın daim ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri olduğunu vurğulayan baş redaktor deyib ki, bəzi qüvvələr var ki, bilərəkdən Azərbaycan mətbuatının rolunu kiçiltməyə çalışırlar: "Amma yuxarıda da qeyd etdiyim kimi, ən azı Azərbaycanda baş verən son hadisələrə, həmçinin ölkəmizə qarşı aparılan qərəzli kampaniyalarla mübarizədə mətbuatın oynadığı rola diqqət yetirsək, mətbuatın nə qədər önəmli rola malik və ictimai rəyə təsir potensialında olduğunu görmək mümkündür". Onun sözlərinə görə, Azərbaycan mətbuatının öz yolu, öz inkişaf perspektivləri, öz missiyası var. Azərbaycan mətbuatı Həsən bəy Zərdabi ənənələrinə, milli-mənəvi dəyərlərimizə söykənərək inkişaf etməli, maarifçilik missiyasını bir an da olsa unutmamalıdır. Bu baxımdan, cənab Prezidentin mətbuatla bağlı tövsiyələrində yer alan bütün fikirlər mətbuatımızın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən konsepsiya kimi qəbul olunmalı və hər bir kəs tariximizə, mədəniyyətimizə, dövlət maraqlarımıza münasibətdə bu tövsiyələri öz fəaliyyət kredosuna çevirməlidir: "Bu gün dövlətimizin mətbuta olan münasibətdə sərgilədiyi ən önəmli cəhətlərdən biri də konseptual yanaşma tərzidir. Azərbaycan dövləti mətbuatın inkişafını vahid və mükəmməl bir konsepsiya əsasında, pillə-pillə, addım-addım həyata keçirir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sərəncamlarına, göstəriş və tövsiyələrinə uyğun olaraq atılan bütün addımlar milli mətbuatımıza böyük perspektivlər vəd edir. Bu prosesin əsası heç şübhəsiz ki, ümummilli liderimiz tərəfindən qoyulub və bu gün də uğurla həyata keçirilməkdədir. Son bir il ərzində reallaşdırılan tədbirlər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının gerçəkləşdirdiyi layihələr nəticəsində jurnalistlərin sosial problemlərinin aradan qaldırılması, mətbuat orqanlarının maddi-texniki bazasının yüksəldilməsi istiqamətində xeyli ciddi addımlar atılıb. Prezident Administrasiyası mətbuatımızın inkişafına xidmət edən bütün təşəbbüslərə ciddi dəstək verməklə bu sahədə bir zamanlar sadəcə arzu oluna biləcək irəliləyişlərin əldə edilməsinə ciddi zəmin yaradıb. Mən Azərbaycan mətbuatının gələcəyinə inamla baxıram. Çünki mətbuatın arxasında güclü, qüdrətli və daim inkişafda olan Azərbaycan dövləti dayanıb".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31