Mərkəzi Bankda “Pul siyasəti” mövzusunda təlim keçirilib

Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankında “Pul siyasəti” mövzusunda təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlimdə Mərkəzi Bankın Pul siyasəti departamenti tərəfindən Milli Şuraya üzv olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərə ölkədəki pul dövriyyəsi, valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimlənilməsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası" (QİDA) proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankında "Pul siyasəti" mövzusunda təlim keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, təlimdə Mərkəzi Bankın Pul siyasəti departamenti tərəfindən Milli Şuraya üzv olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərə ölkədəki pul dövriyyəsi, valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimlənilməsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Gənc Mühasiblər" Birliyinin üzvü Könül Məmmədova təlim barədə fikirlərini bölüşüb: "Təlimin gedişatını bəyəndim. Təlimçi prosesi iştirakçılar üçün aydın və geniş şəkildə izah edirdi. Düşünürəm ki, bu istiqamətdə olan təlimlərdə növbəti səfərdə iştirak edəcəm"

Məlumat üçün qeyd edək ki, Milli Şura tərəfindən həyata keçirilən "Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası" proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankın dəstəyi ilə gənclər təşkilatları üçün müxtəlif mövzular üzrə silsilə təlimlər davam etməkdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31