QHT-lərə hüquq və maliyyə sahəsində məsləhət xidmətləri təşkil edilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihənin icrasını davam etdirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc Mühasiblər" İctimai Birliyi "QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması" adlı layihənin icrasını davam etdirir. "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin məqsədi vətəndaş cəmiyyəti sektorunun əsas subyekti olan QHT-lərin dövlət qurumları ilə münasibətlərinin yaxşılaşmasına şəraitin yaradılması, bilik bacarıqlarının yeni qaydalara və yeni qanunlara uyğunlaşdırılmasına dəstək verməkdir. Layihə çərçivəsində "QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması" mövzusunda növbəti məsləhət-xidmətləri Quba rayonunda 3 gün olmaqla təşkil edilib. Təlimdə ilk öncə layihə rəhbəri Solmaz Əliyeva çıxış edərək layihənin məqsədi, keçirilmə səbəbi barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra QHT sədrləri, mühasibləri və nümayəndələri üçün hüquqi və maliyyə sahəsində məsləhət-xidmətləri ekspertlər Cavid Əliyev və Məhəmməd Hacıyev tərəfindən aparılmış və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb. Məlumat üçün bildirək ki, layihə çərçivəsində növbəti məsləhət-xidmətləri Gəncə şəhərində təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31