Sosial

Komissiya 38 şagirdin qiymətini dəyişdi

13 İyul 2017 14:53

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının nəticələrini açıqlayıb.

Büdcə dəyişiklikləri nə vəd edir?

13 İyul 2017 14:48

Məlum olduğu kimi bir müddət əvvəl 2017-ci ilin dövlət büdcəsinə dəyişiklik edildi. Heç şübhəsiz ki, bu dəyişikliyi şərtləndirən, zəruri edən amillər var idi. İlk növbədə dünya bazarlarında neftin qiymətində müşahidə edilən cüzi artım büdcə dəyişikliyini zərurətə çevirirdi. Eyni zamanda dugər vacib iqtisadi faktorlar da belə bir addımın atılmasına yol açırdı. Yeni dəyişikliyə əsasən, büdcə gəlirləri 511 milyon manat, yəni 3.1 faiz artımla 16 milyard 766 milyon manat, büdcə xərcləri isə 1 milyard 41 milyon manat, 6.2 faiz artımla 17 milyard 941 milyon manata çatdırıldı. Bəs görəsən büdcəyə edilən dəyişikliklər hansı müsbət tendensiyalara gətirib çıxaracaq və iqtisadi sahədə özünü necə büruzə verəcək?

Baş həkim: "Ermənilərin yaraladığı qadının bədənində qəlpələr qalıb"

13 İyul 2017 14:44

İyulun 4-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevanın sol aşağı ətrafında qəlpələr qalıb.  Bunu Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib. Onun sözlərinə görə, Horadiz Şəhər Xəstəxanasında müalicə edilən xəstənin həmin nahiyəsində 3-4 xırda qəlpə var.

Qanadlandıran içkilərin insanı yerə vuran fəsadları...

13 İyul 2017 14:25

"Hər gün ən azı 3 energetik içki içirəm. Kefim olmayanda, halsız olanda, bu içkilərdən içirəm, özümə gəlirəm. Çox yaxşı təsiri var". Bu sözləri 16 yaşlı Rəhim Məmmədov deyir.  Rəhim kimi bir çox yeniyetmə son illər energetik içkilərin alüdəçisinə çevrilib. Xüsusilə isti yay günlərində bu içkilərə tələbat daha çox artır. Yorğun iş və ya dərs günündən sonra itirlən enerjini qaytarmağı vəd edən içkilərə yeniyetmələr kimi, əksər gənclər də inanır. Bəs deyildiyi kimi, həqiqətən energetik içkilər təhlükəlidirmi? Xüsusilə uşaq orqanizmində hansı fəsadları ola bilər?  

Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI

13 İyul 2017 14:21

Modeli əməliyyat edən həkim Siruz Qoçxani olub. Leyla Oruclunun ölümündən sonra həkim unikal.org-a açıqlamasında bildirib ki, "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarxində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".

“Azəravtoyol” rəhbərliyi Alxanlı kəndində olub  

13 İyul 2017 14:17

“Azəravtoyol” ASC-nin rəhbərliyi və əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın yas mərasimində iştirak etmək üçün Alxanlı kəndində olublar. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, Cəmiyyətin rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüblər.

İctimai çimərliklərlə bağlı yeni tələblər qüvvəyə mindi

13 İyul 2017 14:08

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 742-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Bala başa bəla - "Papa"nın işini zay edən gül balalar - SİYAHI

13 İyul 2017 14:03

Öncədən qeyd edək ki, dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: "Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".

İşdən çıxarılan general: "Mən fərari deyiləm"

13 İyul 2017 13:19

Ötən gün Prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Bakıda 21 yaşlı oğlan özünü fermada asdı

13 İyul 2017 13:16

Bakıda intihar hadisəsi baş verib.  Hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsində baş verib. Qəsəbənin Mədən sahəsi adlanan ərazisindəki fermada yaşayan 1996-cı il təvəllüdlü Nəcəfov Pünhan Ağaverdi oğlu özünü fermada asıb.

Tağı Əhmədovun arvadından Çovdarovun ittihamlarına cavab

13 İyul 2017 13:06

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara həyat yoldaşı Salatın Əhmədova aydınlıq gətirib.

“Məzun evi” fəaliyyətə başlayıb

13 İyul 2017 13:04

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) mənzillə təmin edilmiş valideyn himayəsindən məhrum gənclərin məşğulluğunun artırılması məqsədilə yaradılmış xalça və tikiş sexləri ilə tanışlıq olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi və b. iştirak ediblər.

Dənizdə batan şəxs xilas edilib

13 İyul 2017 13:02

Bakıda dənizdə batan şəxs xilas edilib. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

FHN 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

13 İyul 2017 13:00

Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb. “Olaylar” ın nazirliyini saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:00-da başa çatıb.

Əməyin mühafizəsi təkmilləşdirilir

13 İyul 2017 12:59

“Azneft“ İstehsalat Birliyində mütəmadi olaraq əməyin mühafizəsinin təkmilləşdirilməsinə dair maarifləndirici tədbirlər keçirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə. müşavirədə Birliyin Baş direktoru Daşqın İskəndərov neft-qaz təsərrüfatında iş şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb, əməyin təhlükəsizliyi, mədən və özüllərdə, estakada və meydançalarda təhlükəsiz iş şəraitinin yaradılması kimi vacib məsələlərin daim diqqət mərkəzində saxlanıldığını, istehsalatda insan amilinə, neftçilərin sağlamlığının qorunmasına xüsusi diqqət yetirildiyini bildirib.