Büdcə dəyişiklikləri nə vəd edir?

Məlum olduğu kimi bir müddət əvvəl 2017-ci ilin dövlət büdcəsinə dəyişiklik edildi. Heç şübhəsiz ki, bu dəyişikliyi şərtləndirən, zəruri edən amillər var idi. İlk növbədə dünya bazarlarında neftin qiymətində müşahidə edilən cüzi artım büdcə dəyişikliyini zərurətə çevirirdi. Eyni zamanda dugər vacib iqtisadi faktorlar da belə bir addımın atılmasına yol açırdı. Yeni dəyişikliyə əsasən, büdcə gəlirləri 511 milyon manat, yəni 3.1 faiz artımla 16 milyard 766 milyon manat, büdcə xərcləri isə 1 milyard 41 milyon manat, 6.2 faiz artımla 17 milyard 941 milyon manata çatdırıldı. Bəs görəsən büdcəyə edilən dəyişikliklər hansı müsbət tendensiyalara gətirib çıxaracaq və iqtisadi sahədə özünü necə büruzə verəcək?

Ən mühüm dəyişiklik təqaüd və sosial müavinətlər üzrə baş verib

Məlum olduğu kimi bir müddət əvvəl 2017-ci ilin dövlət büdcəsinə dəyişiklik edildi. Heç şübhəsiz ki, bu dəyişikliyi şərtləndirən, zəruri edən amillər var idi. İlk növbədə dünya bazarlarında neftin qiymətində müşahidə edilən cüzi artım büdcə dəyişikliyini zərurətə çevirirdi. Eyni zamanda dugər vacib iqtisadi faktorlar da belə bir addımın atılmasına yol açırdı. Yeni dəyişikliyə əsasən, büdcə gəlirləri 511 milyon manat, yəni 3.1 faiz artımla 16 milyard 766 milyon manat, büdcə xərcləri isə 1 milyard 41 milyon manat, 6.2 faiz artımla 17 milyard 941 milyon manata çatdırıldı. Bəs görəsən büdcəyə edilən dəyişikliklər hansı müsbət tendensiyalara gətirib çıxaracaq və iqtisadi sahədə özünü necə büruzə verəcək?

İqtisadçı ekspert Rövşən Ağayev deyib ki, dövlət büdcəsinin gəlirlərində artımın əsas hissəsi Mərkəzi Bankdan ayrılan 250 milyon manat hesabına təmin ediləcək: 2Məlum olduğu kimi, Mərkəzi Bank özünün nizamnamə fondundan 500 milyon manatdan az olmayan məbləğdə kapital ehtiyatı formalaşdırdıqdan sonra, mənfəətindən dövlət büdcəsinə ayırmalar etməlidir. 2016-cı ilin yekunlarına görə, Mərkəzi Bankın mənfəəti 4 milyard manatdan çox olmuşdu və hökumət qanunvericiliyin imkanlarından yararlanaraq itirilmiş neft gəlirlərinin müəyyən hissəsini məhz Mərkəzi Bankın sərbəst vəsaitləri hesabına kompensasiya etmək istəyir.

Büdcə gəlirlərinin artımının 50 milyon manatı gömrük vergi və rüsumlarının, 76 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar ödənişli xidmətlərindən daxilolmaların, 50 milyon manatı vergi cərimə və sanksiyalarının, 85 milyon manatı isə Vergilər Nazirliyinin xəttilə toplanan ƏDV-nin hesabına təmin edilməsi nəzərdə tutulur. Vergi gəlirlərinin artımı ilə bağlı diqqət çəkən əsas məqam budur ki, büdcənin gəlir bazasının genişlənməsi ölkədə işgüzar fəallığın və sahibkarlıq potensialının güclənməsi hesabına baş vermir. Əgər belə olsa idi, daha çox istehsala və gəlirlərə təbiq olunan vergi daxilolmalarında da müəyyən artım baş verərdi".İqtisadçı deyib ki, yeni dəyişiklikdən sonra dövlət büdcəsinin gəlirlərində Vergilər Nazirliyi və Gömrük Komitəsi vasitəsilə toplanan gəlirlərin məbləği 9 milyard 895 milyon manata çatırıldı ki, həmin məbləğin də 4 milyard 257 milyon manatı və ya 43 faizi bilavasitə ƏDV-dən formalaşacaq: "Heç şübhəsiz, dövriyyə vergiləri üzrə vergi bazasının genişlənməsinin bir səbəbi də 2015-ci ildən etibarən manatın kəskin ucuzlaşması fonunda ölkədə müşahidə edilən yüksək inflyasiya göstəricisidir. 2014-cü illə müqayisə edilsə, hazırda əhalinin istər ərzaq və qeyri-ərzaq, istərsə də xidmətlər səbətinin dəyəri 30-35 faiz yüksəkdir. Büdcənin məxaric hissəsinə gəldikdə, xərclərin artımı bir neçə istiqamətlə bağlıdır. Rəsmi izaha görə, nəzərdə tutulan artımın ən böyük hissəsi - 546 mln. manatı və ya 52.2 faizi qorunan əmanətlərin kompensasiyası ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna yönəldiləcək.

Artımın yerdə qalan hissəsi 495 mln. manatından isə "Dövlət Dəmir Yolları" QSC-nin layihələrinin dəstəklənməsinə 85 mln. manat, Dövlət Neft Şirkətinə subsdiyaya 67 mln. manat, hakimiyyət orqanlarının büdcədəkənar xərclərinin artımına 63.3 mln. manat, sosial mənzil tikinitsinin dəstəklənməsinə 50 mln. manat, "Azərişıq" ASC-nin layihələrinin dəstəklənməsinə 44 mln. manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fonduna 36 mln. manat, məktəbəqədər təhsilə 32.6 mln. manat, ünvanlı sosial yardım xərclərinin artımına 32 mln. manat, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələrinin dəstəklənməsinə 20 mln. manat, "Azəravtoyol" ASC-nin layihələrinin dəstəklənməsinə 15 mln. manat yönəldilməsi nəzərdə tutulur. Xərclərin iqtisadi təsnifatına gəldikdə, ən mühüm dəyişiklik təqaüd və sosial müavinətlər üzrə baş verib - bu xərclərdə 147 mln. manat azalma baş verib. Əvəzində əmək haqqı xərcləri 49 mln. manat, qeyri-maliyyə aktivlərinin alınması üzrə xərclər 148 mln. manat, digər xərclər 170 mln. manat, subsidiyalar və cari transfertlər 255 mln. manat, qrantlar üzrə xərclər 546 mln. manat artırılıb".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31