Komissiya 38 şagirdin qiymətini dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının nəticələrini açıqlayıb.

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının nəticələrini açıqlayıb. DİM-dən verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Belə ki, onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31