Sosial

Deputatlar Alxanlıya gediblər

13 İyul 2017 12:57

Milli Məclis sədrinin müavini Bahar Muradova və bir qrup millət vəkili iyulun 13-də  Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. Məlumata görə, MM üzvləri iyulun  4-də Ermənistan silahlı qüvvələrinin atəşə tutduqları kənddə olub, ermənilərin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, iki yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olduqları əraziyə baxış keçiriblər. MM üzvləri kənd sakinləri ilə görüşəcəklər.

Bakıda 25 nəfəri gün vurub, 26 nəfəri ilan sancıb - yay mövsümü girəndən

13 İyul 2017 12:41

Bakıda yay mövsümü başlayandan - iyunun 1-dən indiyə qədər günvurma ilə əlaqədar 25 nəfər həlimə müraciət edib. Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) Əməliyyat və hospital təşkili üzrə şöbənin böyük həkimi Bənövşə Quliyeva deyib. Onun sözlərinə görə, həmin şəxslərin 9-u xəstəxanaya yerləşdirilib.

ABŞ polisinin daha bir biabırçılığı: qaradərilinin üstünə it qısqırdılar - VİDEO 

13 İyul 2017 12:37

ABŞ-da polis əməkdaşlarının vətəndaşa qarşı amansız və qəddar davranışı ilə bağlı daha bir qalmaqal yaşanır. Olay ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yaşanıb. Qanun pozuntusunda şübhəli bildikləri qaradərili vətəndaşı saxlayan üç polis zabiti onu vurub. 

Bu gecə 4 nəfərin öldüyü hadisə barədə yeni faktlar

13 İyul 2017 12:22

Bu gecə Ələt-Astara magistralında 4 nəfərin həyatına son qoyan dəhşətli yol qəzası ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Astara sakinlərini Dağıstana aparan "Mercedes" markalı mikroavtobus qarşıdan gedən iki "KamAZ" markalı yük maşınının bir-biri ilə toqquşmasından sonra arxadakı qoşqulu nəqliyyat vasitəsinə çırpılıb.

Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

13 İyul 2017 12:12

İyulun 14-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə  21-24° isti, gündüz  31-36° isti, Bakıda gecə  22-24° isti, gündüz  33-35° isti olacağı gözlənilir. 

7 cütlük uşağından imtina etdi

13 İyul 2017 12:03

İyun ayı ərzində respublikada 12048 nəfər nikahdan əvvəl tibbi müayinədən keçib. Bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. Onun sözlərinə görə, müayinədən keçən şəxslərdənn 263 nəfərdə talassemiya daşıyıcılığı, 6 nəfərdə QİÇS, 42 nəfərdə siflis aşkarlanıb.

18 yaşlı azərbaycanlı çempion yarış günü özünü öldürdü - DƏHŞƏTLİ TƏFƏRRÜAT

13 İyul 2017 11:59

Dünən mətbuatda sambo üzrə Avropa çempionu Rəşad Dünyamalıyevin intiharı ilə bağlı xəbərlər yayılıb.  Hadisə iyulun 4-də 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun Binəqədi qəsəbəsində yaşadığı həyət evində baş verib. 18 yaşlı idmançı səhər saatlarında həyətədəki turnikdən özünü asaraq həyatına son qoyub.

Misirdə Azərbaycan dilinin tədrisinə başlanıb

13 İyul 2017 11:58

Misir Ərəb Respublikasında (MƏR) fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, bu barədə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən S. Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms Universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.

Nazir vətəndaşları qəbul edəcək

13 İyul 2017 11:56

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək.

Baş İdarə rəisi: “Azərbaycan dünyaya mötəbər beynəlxalq tədbirlərin təşkilində nümunədir”

13 İyul 2017 11:39

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox vacib məsələlər haqda danışdı. Dövlət başçımız çıxışında mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin önəmliliyini qeyd etdi.

Qəbir üstündə Youtube-dan Quran oxunması düzgündür? - İlahiyyatçıdan AÇIQLAMA

13 İyul 2017 11:30

Sosial şəbəkələr həyatımıza o dərəcədə sirayət edib ki, bütün sevinc və kədər hislərimizi paylaşmadan keçə bilmirik. Hətta o dərəcədə də ki, ölüylə, qəbir üstündə şəkil çəkdirməklə bunu "ənənə"yə çevirməkdəyik.

Müşviqabad qəsəbəsində 2 yerüstü piyada keçidinin inşası yekunlaşır

13 İyul 2017 11:27

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsi ərazisindən keçən 23.5-ci və 24.4-cü km-lik hissələrində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədi ilə inşa edilən 2 yerüstü piyada keçidində son tamamlanma olaraq üzlənmə işləri aparılır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, metal konstruksiyalı və orta dayaqlı keçidlər dəmir-beton özül dayaqlar üzərində qurulub. Üstü bağlı olan keçidlərin hər birinin uzunluğu 38 metr təşkil edir. Pilləkan hissələr də daxil olmaqla keçidlərin ümumi uzunluğu 55.4 metr, qalereyasının eni isə 3.7 metrdir. Keçidlərin yol səthindən hündürlüyü 5.5 metr təşkil edir.

Səyyar ASAN xidmət Tərtərdə də vətəndaşlara xidmət göstərəcək

13 İyul 2017 11:26

Səyyar ASAN xidmət 13 – 27 iyul tarixində Tərtər şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 iyul Xaçmaz şəhərində, 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 31 iyul İsmayıllı və Lerik rayonlarında,  29 iyul Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində,  19 iyul Qaradağ rayonunun Ələt qəsəbəsində, səyyar “ASAN qatar” isə  19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.