Çinarə Məlikzadə Manaf Ağayevin “Ay canı yanmış” mahnısı ilə daha bir REKORDA İMZA ATDI

İyul 2017 10:15 Baxış
  •  
  •  
  •  
  •  
  •  

Dünya və Azərbaycan mahnılarını özünəməxsus tərzdə oxuyan müğənni Çinarə Məlikzadə bu dəfə Manaf Ağayevin "Ay canı yanmış"ını oxuyub.

Publika.az xəbər verir ki, pianoda ifa edərək mahnını səsləndirən ifaçı görüntüləri sosial şəbəkədə paylaşıb. O, videoya "Səsinə, sənətinə, insanlığına və ailəsinə böyük hörmət etdiyim gözəl insanla görüşümüzdən" , - deyə qeyd edib.

Sözügedən videonu öz səhifəsində paylaşan Manaf Ağayev isə gənc həmkranın bu addımından çox razı qaldığını etiraf edib.

Ç.Məlikzadənin bu videosu instaqramda izləyicilər tərəfindən də böyük marağa səbəb olub. Video qısa müddətdə bəyənilmə rekordu qırıb.

Xatırladaq ki, Çinarə Məlikzadə musiqisi Elza İbrahimovaya, sözləri isə Əliağa Kürçaylıya aid olan "Gedək üzü küləyə" mahnısı sayəsində sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Aytən

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00