ABŞ polisinin daha bir biabırçılığı: qaradərilinin üstünə it qısqırdılar - VİDEO 

ABŞ-da polis əməkdaşlarının vətəndaşa qarşı amansız və qəddar davranışı ilə bağlı daha bir qalmaqal yaşanır. Olay ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yaşanıb. Qanun pozuntusunda şübhəli bildikləri qaradərili vətəndaşı saxlayan üç polis zabiti onu vurub. 

ABŞ-da polis əməkdaşlarının vətəndaşa qarşı amansız və qəddar davranışı ilə bağlı daha bir qalmaqal yaşanır. Olay ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində yaşanıb. Qanun pozuntusunda şübhəli bildikləri qaradərili vətəndaşı saxlayan üç polis zabiti onu vurub.  Saxlanan şəxs günahsız olduğunu desə də, ona kimsə qulaq asmayıb. "Buraxın məni! Günahım yoxdur!" deyən şəxs bu sözləri deyəndə polisin xidməti köpəyi atılaraq dişlərini onun sağ qoluna keçirib. Qaradərilinin qolunu gəmirən köpəyi kimsə günahsız şəxsdən aralamayıb, itə müvafiq komanda verilməyib. Yaşananları Anhel Nunyes smartfonla çəkərək Facebook-dakı profilində paylaşıb. Milli.Az ABC-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31