Sosial
Nazirlikdən növbəti araşdırma
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar kolunun qanunsuz kəsildiyi aşkar edilib. Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib.
İSİM-də seminar
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”na həsr olunmuş seminar keçirilib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, seminarı giriş sözü ilə İSİM-in direktoru C.Məmmədov açıb. O, İSİM-in fəaliyyətində medianın dəstəyinin rolundan və onun əhəmiyyətindən danışıb. İSİM rəhbəri seminarın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planına və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət planının müvafiq bəndlərinə əsasən təşkil edildiyini bildirdi.
Bilik Fondu Beynəlxalq Ekoenergetika Akademiyası ilə əməkdaşlıq edəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti professor Fəqan Əliyevlə görüşüb. Təməli Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə qoyulmuş, 25 ilə yaxın müddətdə 12 Beynəlxalq konqres, çoxsaylı elmi konfrans və seminarlar keçirmiş, elmi jurnallar təsis etmiş, bir sıra təhsil ocaqlarında istedadlı gənclərdən ibarət “Gələcəyin alimləri” adlı kiçik akademiyaların yaradılmasında iştirak etmiş bu qurumun fəaliyyəti ilə tanış olub. Fonddan "Olaylar" - a bildirilib ki, akademiyanın əməkdaşları və üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə Bilik Fondu ilə Ekoenergetika Akademiyasının əhalinin maarifləndirilməsi işində əməkdaşlıq məsələləri müzakirə edilib.
Ürəyin sağlamlığını qoruyan MÜKƏMMƏL QARIŞIM
Düzgün və sağlam qidalanma ürəyin və damarların sağlamlığında olduqca böyük rol oynayır. Bəzi məhsullar var ki, onları ürək üçün əsl təbii dərman hesab etmək olar. Bu məhsulları qidalanmaya daim daxil etməklə ürəyinizi cavan və sağlam saxlaya bilərsiniz.
Dərinin haylaytersiz parıldaması üçün bunları edin
Tanınmış vizajistlərin və gözəllik blogerlərinin təbliğ etdiyi parıldayan dəri təkcə dəbli tendensiya deyil, həm də sağlamlıq göstəricisidir. Dərinin il boyu haylayter olmadan parıldaması üçün ekspertlər bir neçə məsləhət verib.
Ət bişirərkən suyun üzərinə yığılan kəflə bağlı bunu ilk dəfə OXUYACAQSIZ
Ət bişirərkən suyun üzərində kəf yaranır, amma heç birimiz onun nədən yaranmasının fərqinə belə varmadan onu yığıb atırıq.
Dırnaqlarda yaranan dəyişiklər hansı xəstəliyin xəbərçisidir?
Dırnaqlarda meydana gələn dəyişiklər bir çox xəstəliklərin ilkin əlaməti hesab edilə bilər.
Nəsimi rayon məktəbliləri üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsi
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş, təhsildə və idmanda fərqlənən uğaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilir. Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə vətənpərvərlik hisslərinin və dünyagörüşlərinin daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.
“Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı çap olunub
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Naxçıvan ziyalıları Azərbaycan mətbuatında (XX əsrin əvvəlləri)” kitabı işıq üzü görüb.
“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildi nəşrə hazırlanır
AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin ikinci cildinin hazırlanması istiqamətində görülən işlərlə əlaqədar İşçi qrupunun görüşü olub.
Qayınana gəlininin intim şəkillərini yaydı - Saçyoldu düşdü
62 yaşlı Nərgiz Alıyeva gəlini Rübabə və onun atası tərəfindən döyülüb. Hadisə 10 iyulda Tovuz rayon Məhkəməsinin qarşısında baş verib. Şahidlərin sözlərinə görə, tərəflər arasında əlbəyaxa dava məhkəmə iclasından çıxarkən bir-birilərini təhqir etdikdən sonra başlayıb. Rübabə Həsənova keçmiş qayınanası Nərgiz Alıyevanın saçlarından tutaraq yerə yıxıb sürüyüb. Bu zaman atası Etibar qadına təpik zərbələri endirib. Bütün bunlar məhkəmə işçiləri və orada olan digər insanların gözü qarşında baş verib.
188 nəfər qidadan zəhərlənib, 3-ü ölüb
2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib. O bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib. A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb.
Azərbaycan mediasının azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait yüksək qiymətləndirilir
Azərbaycan mediası daha bir yaşını geridə qoymaq üzrədir. Bir neçə gündən sonra ölkənin media cameəsi Milli Mətbuatın yaranmasının 142-ci ildönümünü qeyd edəcək. 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 142 ildə enişli-yoxuşlu, çətin, çətin olduğu qədər də şərəfli bir yol keçərək günümüzə qədər gəlib çıxıb.
İranlı nümayəndə heyətinin üzvləri ilə azərbaycanlı media təmsilçilərinin görüşü keçirilib
Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın Bakıda səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələrinin ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalist təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib.
Britaniyanın neft servis şirkəti Azərbaycandakı nümayəndəliyini bağladı
Böyük Britaniyanın "Petrowell" neft servis şirkətinin filialı "Petrowell Caspian LTD" Azərbaycandakı nümayəndəliyinin bağlanması barədə elan edib. Şirkətin kreditorları öz tələblərini növbəti iki ay ərzində Bakı, M.Muxtarov küçəsi 203A, 37 ünvana irəli sürə bilərlər.














