Sosial

Günel "Space"dən çıxma xəbərindən danışdı: "Getməyimi istəyənlər..."

12 İyul 2017 15:30

“Space TV”nin məşhur aparıcısı Günel Həsənzadənin kanalla yollarını ayırması xəbəri yayılıb. G.Həsənzadə məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, işinin başındadır və heç yerə getməyi düşünmür: “Bu kanalda mənim nazımla oynayırlar. Rəhbərlikdən tutmuş iş yoldaşlarıma qədər hər kəs mənə hörmət edir. İnsan yaxşı olduğu yerdən necə gedə bilər? Mənim “Space”dən getməyimi istəyənlər məni sevməyənlərdir. Mən burada doğulmuşam, yerimdən necə gedə bilərəm? Bura mənim üçün çox dəyərlidir”.

Sabahın havası: şimşək, yağış

12 İyul 2017 15:00

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə yarımadada 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir.

BDU-da “Okupasional terapiya” fənninin tədrisinə başlanılacaq

12 İyul 2017 14:44

Bakı Dövlət Universiteti ilə UAFA - uşaqlara dəstək təşkilatı arasında memorandum imzalanıb. Universitetdən “Olaylar” – a bildirilib ki, memorandumu Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və UAFA uşaqlara dəstək təşkilatının təsisçisi Qven Börçell imzalayıb. İmzalanmadan əvvəl BDU-nun rektoru, akademik Abel Məhərrəmov UAFA haqqında məlumat verib, təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, görülən işlərdən, həyata keçirilən layihələrdən, Bakı Dövlət Universiteti ilə işbirliyindən danışıb.

Komitə sədri Qusarda vətəndaşları qəbul edəcək

12 İyul 2017 14:43

21 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Qusar rayonunda saat 11:00-da Heydər Əliyev mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Özəlləşdirilmiş müəssisələrdə istehsal həcmi artıb

12 İyul 2017 13:15

Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında”  Fərmanın bir ili tamam olmasına saylı günlər qalıb. Ötən müddət ərzində dövlət başçısının müvafiq fərmanından irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni yanaşmalar, müasir üsulların  tətbiq istiqamətində xeyli iş görülüb. Daha dəqiq, investorların özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi məqsədilə bir sıra innovativ layihələr reallaşdırılıb. Maralıdır, bəs özəlləşdirmə prosesinə yeni yanaşma dedikdə nələr nəzərdə tutulur?

Oqtay Əsədov: Azərbaycanda müxtəlif dinlərə məxsus insanlar əmin-amanlıq şəraitində yaşayırlar

12 İyul 2017 13:10

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti  yanında Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Günelin "Space"dən getməsinin səbəbi MƏLUM OLDU

12 İyul 2017 13:06

Space telekanalının simalarından olan Günel Həsənzadənin iş yerini dəyişməyinin bəzi detalları məlum olub. Son zamanlar bu telekanalda işçilərin əmək haqlarının verilməsiylə bağlı problem yaranıbmış və Həsənzadə də bu səbəbdən ARB-dən gələn təklifi dəyərləndirib.

Xoşqədəm Hidayətqızı veriliş apara bilməyəcək- VİDEO

12 İyul 2017 13:04

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının səsi tutulub. Teleaparıcının verilişində iştirak edən tamaşaçının bizimyol.info-ya verdiyi məlumata görə, ötən gün jurnalist “Səni axtarıram” verilişinin sezon finalının çəkilişi zamanı səsi tutulduğu üçün proqramı apara bilməyib.Həkimlər ona belə vəziyyətdə danışmağın yasaq olduğunu bildirsələr də o fikirindən dönməyib.

Günel ilə Rövşanənin ARB-yə keçməsinə telekanaldan MÜNASİBƏT

12 İyul 2017 12:47

ARB TV-nin strateji inkişaf direktoru İsmayıl Həsənov son günlər telekanalın yeni transferləri ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Telekanal rəsmisi bunları söyləyib: "Son günlər, ARB TV-də bağlanacaq və ya yeni açılacaq layihələrlə, həmçinin tanınmış simaların kanala cəlb olunması ilə bağlı mediada xəbərlər yayılır.

2 saylı “ASAN Kommunal” mərkəzində  yeni xidmətlər

12 İyul 2017 12:43

İyulun 12 – dən etibarən vətəndaşlar 2 saylı “ASAN Kommunal” mərkəzində Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.

Daha 21 dövlət əmlakı özəlləşdirilib

12 İyul 2017 12:40

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Komitədən “Olaylar” averilən məlumata görə, hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir.Hərracda Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb.Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.

“Qarabağ”ın fanatları metro vaqonlarına zərər vurdu 

12 İyul 2017 12:39

İyulun 11-də “Qarabağ” futbol klubunun Gürcüstan komandası üzərində qələbəsindən sonra ictimai nəqliyyatdan istifadə edən bəzi vətəndaşlar metro qatarları və plarformadakı müşahidə kamrelarına zərər yetiriblər.

Leonind Yakuboviç: “Burada istehsal olunan çayın dadına baxdıqdan sonra bütün ailəmiz evdə ancaq “Azərçay” içir”

12 İyul 2017 12:34

“Azərçay”ın yeni reklam çarxının çəkilişi üçün ölkəmizə gəlmiş Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes”in aparıcısı Leonid Yakuboviç Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ”-“Samtredia” görüşünü izləyənlər arasında olub.

8,8 milyon dəfədən çox müraciət qeydə alınıb

12 İyul 2017 11:55

Cari ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 279 438 müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə çoxdur.