Özəlləşdirilmiş müəssisələrdə istehsal həcmi artıb
Prezident İlham Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanın bir ili tamam olmasına saylı günlər qalıb. Ötən müddət ərzində dövlət başçısının müvafiq fərmanından irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni yanaşmalar, müasir üsulların tətbiq istiqamətində xeyli iş görülüb. Daha dəqiq, investorların özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi məqsədilə bir sıra innovativ layihələr reallaşdırılıb. Maralıdır, bəs özəlləşdirmə prosesinə yeni yanaşma dedikdə nələr nəzərdə tutulur?
12 İyul 2017 13:15 SosialBölgələrdə özəlləşdirmə prosesinə investorlar cəlb edilir
Prezident İlham Əliyev tərəfindən imzalanan "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanın bir ili tamam olmasına saylı günlər qalıb. Ötən müddət ərzində dövlət başçısının müvafiq fərmanından irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni yanaşmalar, müasir üsulların tətbiq istiqamətində xeyli iş görülüb. Daha dəqiq, investorların özəlləşdirmə prosesində iştirakının genişləndirilməsi məqsədilə bir sıra innovativ layihələr reallaşdırılıb. Maralıdır, bəs özəlləşdirmə prosesinə yeni yanaşma dedikdə nələr nəzərdə tutulur?
Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin iqtisadi gücünün artırılması məqsədilə müxtəlif sahələrdə mühüm islahatlar həyata keçirilir. Möhtərəm Prezident bu islahatların tərkib hissəsi olan dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində də mühüm tapşırıqlar verib. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilib. Ölkə başçısı cənab İlham Əliyevin "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi, prosedurların elektronlaşdırılması, bu sahədə şəffaflığın, operativliyin təmin olunması prioritet məsələ kimi müəyyən edilib. Eyni zamanda Fərmanda regionlardakı rəqabətqabiliyyətli müəssisələrin özəlləşdirilməsi, onların fəaliyyətinin yenidən bərpası, investorların prosesə cəlb edilməsi, onların özəlləşdirməyə çıxarılan müəssisələr barəsində məlumatlandırılması məsələləri də öz əksini tapır. Hazırda sahibkarların prosesə cəlb edilməsi istiqamətində mühüm işlər görülür. Təsadüfi deyil ki, Komitə ilə Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında imzalanan memoranduma əsasən birgə əməkdaşlıq da müəssisələrin özəlləşdirilməsinin sürətlənməsinə yönəlib.
Onun sözlərinə görə, artıq dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların sadələşdirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir. Hazırda modern üsullar, innovativ layihələr tətbiq etməklə özəlləşdirmə prosesinin yeni mərhələsi başlanılıb. Özəlləşdirmənin hazırkı dövründə tətbiq olunan müasir üsullar prosesin daha da sürətlənməsinə, bu sahədə modern və çevik idarəetmənin təmin edilməsinə, operativlik və şəffaflığın artmasına şərait yaradıb. Qeyd edilməlidir ki, Komitə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında imzalanan əməkdaşlıq memorandumu da bu sahədə yeni layihələrin, ideyaların, startapların tətbiqinə imkan verəcək.
Aparat rəhbəri qeyd edib ki, dövlət mülkiyyətində olan dövrlə müqayisədə, özəlləşdirilmiş müəssisələrdə istehsalın həcmi 1,5 milyard manat artıb, çoxlu çeşiddə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təşkil edilib. Ölkə başçısının 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən orta müddətli dövr ərzində dövlət mülkiyyyətində saxlanılacaq dövlət müəssisələrin siyahısı təsdiq edilib. Onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektləri özəlləşdirməyə açıq elan olunub. Bundan başqa müvafiq siyahıda adı çəkilməyən 300-dən artıq yeni müəssisələr də özəlləşdirməyə açıq elan edilib. Hazırda həmin müəssisələrin özəlləşdirməyə çıxarılması istiqamətində işlər görülür, yaxın aylarda onların özəlləşdirilməsi barədə elan veriləcək: "Hazırki mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə özəlləşdirməyə yönləndirilir. Yeni yanaşmalara uyğun olaraq 40-a yaxın hərrac keçirilib. 1110-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Özəlləşdirmə portalı vasitəsilə həmin əmlaklar barəsində məlumatlar təqdim olunur. Artıq portaldan istifadə edənlərin sayı 700 mini örtüb. Bundan sonra isə özəlləşdirilən istehsal təyinatlı müəssisələr, əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək. Bu zaman isə potensial alıcılardan İnvestisiya proqramının icra olunması tələb olunacaq". Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bütün bölgələrimizdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıb. Bildirib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb. Açıq və şəffaf keçirilən hərraclar investorların özəlləşdirilməyə çıxarılan əmlaklara əlçatanlığını artırıb. Sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallıq artmaqda davam edir. Onun bildirdiyinə görə, investorların özəlləşdirmə prosesində iştirakının artırılması ilə əlaqədar açıq və şəffaf hərraclar keçirilir. İstənilən şəxs, iş adamları elektron qaydada sifariş verməklə hərraclarda əmlak sahibi ola bilərlər. Bu gün bu sahənin texnoloji cəhətdən modernləşməsinə də xüsusi önəm verilir. Artıq elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Həyata keçirilən bu kimi innovativ layihələr ölkəyə daha çox investorların cəlb edilməsinə, özəlləşmə prosesində əlçatanlığın artmasına, investisiya mühitinin formalaşmasına istiqamətlənib.
Nurlan