Sosial

Generalın həbs olunan oğlunun bahalı avtomobilləri

12 İyul 2017 11:41

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtomobillərinin görüntüləri yayılıb.

Avtomobillərin normal hərəkəti üçün yeni dairə inşa olunub

12 İyul 2017 11:31

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zığ qəsəbəsinə giriş hissədə yeni dairə inşa olunub. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dairənin diametri 15 metr təşkil edir. Yeni dairənin inşası sözügedən ərazidə avtonəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətini təmin edib. Dairə Zığ-Hava limanı, Zığ-Hövsan və Zığ-Suraxanı avtomobil yollarını birləşdirir.

MTRŞ sədrinin müavini: "Azərbaycan dünyanın əksər ölkələrindən öndədir"

12 İyul 2017 11:03

"Əhalinin və telekanalların sayının nisbətinə görə Azərbaycan dünyanın əksər ölkələrindən öndədir". Bunu yazdığı məqaləsində Milli Televiz­iya və Radio Şurasını­n sədr müavini Qafar Cəbiyev­ bildirib.

"Sevilya" Amavini transfer etmək fikrindən daşındı

11 İyul 2017 19:53

"Aston Villa"nın müdafiəçisi Jordan Amavinin "Sevilya" klubuna transferi baş tutmayıb.  Əndəlus təmsilçisi 23 yaşlı havbekin tibbi müayinə nəticələrindən narazı qalıb.

İnsan vücudunun orqanları neçə günə bərpa olunur?

11 İyul 2017 19:10

Məlum olub ki, insanın gözü və beyni istisna olmaqla digər bütün orqanları yenilənir. Türkiyəli ekspertlərə görə, bədənin əksər üzvləri özlərini yeniləyirlər, başqa sözlə desək, həmin üzvləri təşkil edən hüceyrələr yenisi ilə əvəz olunurlar. Hansı orqanın neçə günə bərpa olunduğunu təqdim edir.

Nəsimi rayon məktəblilərinin muzeylərə ekskursiyaları başlanıb

11 İyul 2017 19:01

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunmuşdur.

Əməkdaşlığa dair Memorandum imzalanıb

11 İyul 2017 18:58

İyulun 11-də Vergilər Nazirliyinin Tədris Mərkəzində Asan könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma,  işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi,  idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.

"Uşağımın öldüyünü məndən 4 saat gizlətdilər" - Əməliyyatda ölən uşağın atası

11 İyul 2017 18:08

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əməliyyat zamanı ölən Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Mehralıyevin atası Qoşqar Mehralıyev oğlunun ölümü ilə bağlı ilginc açıqlamalar verib. Mərhumun valideyni açıqlamasında deyib ki, oğlunun əməliyyat olunmasını həkimlər israr ediblər: "Uşağım evdə pilləkəndən yıxılmışdı. Apardıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına. Bizi İdris Əliyev qəbul etdi. Gipsə qoyulmuşdu. Həkimə dedim ki, bəlkə başqa formada müalicə edəsiz. İdris doktor dedi ki, mütləq əməliyyat olunmalıdır. Uşağıma narkoz verib öldürüblər, əməliyyat olunmayıb. 

Yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb

11 İyul 2017 17:37

Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-nin mətbuat katibliyinə istinadən verdiyi xəbərə görə, dəmir-beton özül dayaqları üzərində qurulan metalkonstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64.75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5.5 metr-dir.

Mübariz Qurbanlı Özbəkistan nümayəndə heyəti ilə görüşüb

11 İyul 2017 17:36

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxon Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.