"Uşağımın öldüyünü məndən 4 saat gizlətdilər" - Əməliyyatda ölən uşağın atası
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında əməliyyat zamanı ölən Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Mehralıyevin atası Qoşqar Mehralıyev oğlunun ölümü ilə bağlı ilginc açıqlamalar verib. Mərhumun valideyni açıqlamasında deyib ki, oğlunun əməliyyat olunmasını həkimlər israr ediblər: "Uşağım evdə pilləkəndən yıxılmışdı. Apardıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına. Bizi İdris Əliyev qəbul etdi. Gipsə qoyulmuşdu. Həkimə dedim ki, bəlkə başqa formada müalicə edəsiz. İdris doktor dedi ki, mütləq əməliyyat olunmalıdır. Uşağıma narkoz verib öldürüblər, əməliyyat olunmayıb.
11 İyul 2017 18:08 SosialAğdaş Rayon Mərkəzi Xəstəxanasında əməliyyat zamanı ölən Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Seymur Mehralıyevin atası Qoşqar Mehralıyev oğlunun ölümü ilə bağlı ilginc açıqlamalar verib. Mərhumun valideyni açıqlamasında deyib ki, oğlunun əməliyyat olunmasını həkimlər israr ediblər: "Uşağım evdə pilləkəndən yıxılmışdı. Apardıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına. Bizi İdris Əliyev qəbul etdi. Gipsə qoyulmuşdu. Həkimə dedim ki, bəlkə başqa formada müalicə edəsiz. İdris doktor dedi ki, mütləq əməliyyat olunmalıdır. Uşağıma narkoz verib öldürüblər, əməliyyat olunmayıb.
Nizaməddin həkim əməliyyat edib. Bir də gördüm ki, qapıdan çıxır. Soruşuram, həkim, uşaq necədir? Dedi ki, az qalıb, əməliyyat qurtarır. Sən demə uşaq ölübmüş, bu aradan çıxır. Dörd saat uşağımın öldüyünü məndən gizlədiblər. Axırda pəncərəni qırıb içəri girmişəm. Ordakı polislər məni sakitləşdirəndə başa düşdüm ki, balamı öldürüblər. Əməliyyatı 650 manata danışmışdıq. Amma əməliyyata lazım olan digər şeyləri də mənə aldırdılar. Dedim, təki balam sağalsın".
Q.Mehralıyev qeyd edib ki, hadisədən sonra xəstəxanadan heç kim onunla əlaqə saxlamayıb: "Uşağımı öldürəndən sonra xəstəxanadan heç kim mənimlə əlaqə saxlamayıb. Balamı öldürən Nizaməddindir. Nizaməddin əməliyyat otağından çıxanda yanımda qohum uşağı var idi. Soruşdu ki, bu da sənin övladındır? Dedim ki, yox. Onda elə bil ki, özünü itirdi və mən daha da şübhələndim uşağıma nəsə olub. Deməli, mənim beş övladım varsa birini bunlar öldürə bilər?"
Qeyd edək ki, xəstəni həkim İdris Əliyev qəbul edibb və əməliyyat olunmasını məsləhət görüb. Nizaməddin Məsimov adlı həkim isə uşağı əməliyyata hazırlayıb. Ölkə.az