Sosial

Azərbaycana gələn turistlərin sayı açıqlandı

11 İyul 2017 17:35

İlin birinci yarısında Azərbaycana səfər edənlərin sayında artım qeydə alınıb. Bu barədə  Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə (17% artım) ilk yerdə qərar tutub. Sonrakı yerlərdə Gürcüstan (254 425 nəfər, 4% artım), İran (180 103 nəfər, 89% artım), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (44 196 nəfər, 338% artım), Ukrayna (27 342 nəfər, 14% artım) və İraq (19 355 nəfər, 75% artım) vətəndaşlarının xüsusi çəkisi daha çox olub. Bu dövrdə Türkiyə Respublikasından Azərbaycana 138 min 692 nəfər gəlmişdir ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

Oqtay Şirəliyev: "Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər"

11 İyul 2017 17:32

"Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər". Bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Bakıda Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin rəsmi açılış mərasimində deyib. Tədbir iştirakçılarına Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir. 

Qalmaqallı veriliş bağlandı - Aparıcıları söz davasına çıxmışdı

11 İyul 2017 17:19

ARB kanalında yayımlanan "Yarımada" verilişinin yayımı dayandırılıb.  Proqram iyunun 30-dan etibarən efirə getmir. Verilişin aparılığını Ülvira Qarayeva və Yeganə Cansail edirdi.   Realiti-şou yarışma xarakterli idi. Formata əsasən, verilişin iştirakçıları müxtəlif tapşırıqları yerinə yetirirdilər.

Türkiyə PA: "TANAP-a alternativ yoxdur"

11 İyul 2017 17:12

Hazırda Türkiyə bir neçə enerji layihəsi həyata keçirir, lakin TANAP rəsmi Ankara üçün prioritetdir. Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Səssiz gələn ölüm mələyi: "Heç kim ondan sığortalanmayıb..."

11 İyul 2017 16:57

Ötən gün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşaq əməliyyat zamanı həyatını itirib. Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb. Ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiya tərəfindən araşdırılır. Komissiyadan verilən ilkin məlumata əsasən, uşaqda anafilaktik şok yaşanıb. Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub.

İranlı nümayəndələr Azərbaycanın aparıcı media orqanlarında vacib görüşlər keçiriblər

11 İyul 2017 16:47

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın ölkəmizdə səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələri paytaxtda bir sıra görüşlər keçiriblər.

Şagirdlərə “Turizm və Qonaqpərvərlik” mövzusunda təlim keçirilib

11 İyul 2017 16:45

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (AHTTSA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması” layihəsi çərçivəsində daha bir tədbirini Lerik rayonu "Relax" istirahət mərkəzində həyata keçirib.

Müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçiriləcək

11 İyul 2017 16:44

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçirəcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində təşkil olunacaq. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər.

Yanvar – iyun ayları ərzində MEK - ə daxil olan sənədlər

11 İyul 2017 16:42

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci il yanvar-iyun ayları ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova yanvar-iyun ayları ərzində kitabxanaya daxil olmuş sənədləri əks etdirən slaydı təqdim edib. O, yanvar-iyun ayları ərzində kitabxanaya pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal, hədiyyə olaraq 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs, beynəlxalq kitab mübadiləsi çərçivəsində isə 388 ədəd sənəd daxil olduğunu açıqlayıb. A.Səfərova sənədlərin təqdim olunma qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi, sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi, sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmini izah edib.

AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı

11 İyul 2017 16:40

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının müdiri kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.

39 vəzifəli şəxs cəzalandırılıb

11 İyul 2017 16:35

Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub. Palatadan verilən məlumata görə, nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub. 2017-ci ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib.

Bakı Biznes Universiteti Avropa təhsil sisteminə inteqrasiya prosesində

11 İyul 2017 16:33

Bakı Biznes Universiteti Avropa təhsil sisteminə inteqrasiyası üçün son illər çoxşaxəli işlər aparır.Bu gün bu istiqamətdə yeni bir praktiki addım atılmışdır.

Nardaran sakinləri silahlarını polisə təhvil verdilər

11 İyul 2017 16:30

Nardaran sakinləri tüfəng və qumbaranı polisə təhvil veriblər. Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş Pərviz Atakişiyev müvafiq sənədləri olmayan "İJ-58" markalı ov tüfəngini, Aydın Kazımov isə 1 ədəd "F-1" markalı qumbaranı 42-ci Polis bölməsinə təhvil veriblər.

İndi Ermənistanda Azərbaycan konfetləri də satılır

11 İyul 2017 16:27

Ermənistanda yenə Azərbaycan istehsalı olan məhsullar satılır. Bu dəfə oranın bazarına ölkəmizdə istehsal edilmiş konfetlər yol tapıb.  Bu barədə yerli telekanallardan birinin redaktoru Lori Narine Avetisyan məlumat verib.

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın olub

11 İyul 2017 16:08

Bu gün saat 14.00 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib.