Sosial

Çimərliklərdə qanunsuz nəqliyyat növləri aşkarlanıb

11 İyul 2017 16:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

2767 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək

11 İyul 2017 15:35

2017-2018-ci tədris ili üçün magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. “Olaylar” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-a bildirlib ki, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub və plan yerləri 80.92% dolub.Magistraturaya qəbul  olunan bakalavrların 2767 -si oğlan, 3466 –ı isə  qızdır.

Sərhəd rejimini pozan 1522 nəfər saxlanıb

11 İyul 2017 15:33

Ötən ay dövlət sərhədini pozan 39 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  verilən məlumata görə, onların 22 nəfəri Azərbaycan, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Tacikistan, 2 nəfəri Banqladeş, hər ölkədən 1 nəfər olmaqla Gürcüstan, Ukrayna, Türkiyə, Pakistan, Qazaxıstan və Konqo vətəndaşlarıdır.

İqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında özünü əks etdirir

11 İyul 2017 15:32

“İqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında özünü əks etdirir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səsləndirib.

Səyyar kitabxana layihəsinə start verildi

11 İyul 2017 15:31

İyulun 11-də Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından nazirliyin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsinə start verildi.

“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiya nəşr olundu

11 İyul 2017 15:11

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb. Bölmədən “Olaylar” – a bildirilib ki, kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları- Hüseyn Həşimli və Fərman Xəlilovun rəyi ilə çap olunub. Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədibin şeir yaradıcılığı” adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir.

Azərbaycanda istənilən fikri demək üçün qeyri-məhdud imkanlar var

11 İyul 2017 15:10

Müasir dünyada insan hüquq və azadlıqları baxımından söz və mətduat azadlığına xüsusi diqqət yetirilir. Xüsusən, özünü demokratik elan etmiş ölkələr bu sahənin inkişafı, qanunvericilik bazasının təkmilləşdiriməsi istiqamətində ciddi addımlar atmaqdadır.

Azərbaycan telekanalı Alxanlıdan reportaj hazırladı - VİDEO

11 İyul 2017 14:39

Telekanalın xüsusi müxbiri, tanınmış jurnalist Nadir Şəfiyev şəhid Zəhranın qəbrini ziyarət edib, kənd sakinlərindən və Zəhranın yaxınlarından müsahibə alıb. Reportaj bütövlükdə rus dilində hazırlanıb, azərbaycan dilində subtitrla təqdim olunub.

123 saylı avtobusun hərəkət sxemi dəyişdi

11 İyul 2017 14:36

123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi iyulun 11-dən müvəqqəti olaraq dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, buna səbəb, Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Zəhra anılacaq

11 İyul 2017 14:33

İyulun 14 – də Muğam Mərkəzində “Zəhra” - müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Söz” ədəbi layihəsinin birgə təşkillatçılığı ilə həyata keçiriləcək. Anım gecəsi Azərbaycan, rus və ingilis dilində keçiriləcək.

Silah mütəxəsissləri işlə təmin olundu

11 İyul 2017 14:29

Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor əvəzi Xalıq Yahudovun əmri ilə seçim komissiyası yaradılıb.

Bakıda partlayış: Yaralanan var

11 İyul 2017 13:57

Bakının Nəsimi rayonunda zibil çəninə atılan partlayıcı qurğu partlayıb, yaralanan var. Bu barədə hüquq-mühafizə orqanları məlumat veriblər. Məlumata görə, hadisə bazar ertəsi saat 20:40-da baş verib. Paytaxtın "20 Yanvar" küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - 1987-ci il təvəllüdlü Kürdəmir sakini Rauf Rəsulov və 1983-cü il təvəllüdlü Siyəzən sakini İmamverdi Əhmədov "Man" markalı avtomobillə zibilləri daşıyıblar.

“Neft Daşları”nda yeni quyu qazılır

11 İyul 2017 13:55

“Neft Daşları” yatağında 1954A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı

11 İyul 2017 13:54

İyulun 11-də AMEA – nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə  üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.