Sosial

Dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi başlayır 

11 İyul 2017 13:53

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. İyulun 11-də isə Qarabucaq stansiyasının 2250 metr uzunluğunda tək və cüt yollarının əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri üç gün müddətinə davam edəcək.

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

11 İyul 2017 13:26

Sumqayıt Kimya Sənaye Parkı tərəfindən Mingəçevir Sənaye Parkına ilk rezident qəbul edilib. Bu "Mingəçevir Tekstil" MMC-dir. MMC tərəfindən sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa ediləcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur.

Nazirlik Asan İmza sahiblərinə müraciət etdi

11 İyul 2017 13:25

Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2014-cü ilin iyul ayında alınmış sertifikatların etibarlıq müddəti 2017-ci ilin iyul ayında bitir. Bu barədə Vergilər Nazirliynin Asan Sertifikat Xidmətləri Mərkəzindən “Olaylar”a verilən məlumata görə, Asan İmza sertifikatının yenisini almaq üçün qüvvədə olan ASAN İmza vasitəsi iləwww.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra ASAN İmza SİM kartını dəyişdirərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN Xidmət mərkəzlərinə yaxınlaşmaq olar.

Azərbaycan kiber hücumlardan əziyyət çəkir

11 İyul 2017 13:24

Bu günlərdə Estoniyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Tallin şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib.

DİN Sabirabaddakı ağır qəza barədə məlumat yaydı

11 İyul 2017 13:06

İyulun 11-də saat 1:00 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abdullayev orada ölüb. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Sədaqət Əliyeva beynəlxalq konfransda

11 İyul 2017 13:04

UNESCO-nun dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyası, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birlik Fransanın Paris şəhərində elmi-praktik konfrans keçirib.

İşçilərin sosial müdafiəsi gücləndirilir

11 İyul 2017 13:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Bu əsasda respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır.

Sabahdan yağış yağacaq

11 İyul 2017 12:55

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Azərbaycan multikulturalizmin beyin mərkəzi olmaqda nümunəyə çevrilib

11 İyul 2017 12:49

Son illər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu rəsmi Bakının beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, dünyada siyasi nüfuzu və çəksinin artmasına öz müsbət təsirini göstərir. Xarici siyasətdə əsasən balanslaşdırılmış strategiyanı əsas götürən Azərbaycan bütün yaxın və uzaq ölkələrlə normal əməkdaşlıq qurmaq. Müxtəlif istiqamətlərdə bu əməkdaşlığı, əlaqələri inkişaf etdirmək xəttini götürüb.

Rahatlıq, yoxsa xəstəlik mənbəyi?

11 İyul 2017 12:47

İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artmaqdadır. Ən müasir məişət texnikası mallarının əldə edilməsi vüsət aldıqca istehlakçıların narazılıqları da çoxalmaqdadır. Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara görə istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayyət qədər çətindir. Elə kondisionerin rahatlıq, yoxsa xəstəlik mənbəyi olması barədə fikirlər də müxtəlifdir.

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyə olundu

11 İyul 2017 12:30

Yasamalda yaşayış binasında yanğın baş verib. Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının şaxtasında 2-ci mərtəbədən 5-ci mərtəbəyə qədər keçən kabel 25 p.m yanıb.

Ailədə uşaq hüquqlarının pozulması valideynlik hüququndan məhrumetmə ilə nəticələnə bilər

11 İyul 2017 12:12

Günümüzdə müşahidə etdiyimiz mənfi tendensiyalardan biri də ailədə uşaqların hüquqlarının pozulması, onların valideynlər tərəfindən incidilməsi, bəzən isə qeyri-insani rəftar hallarının baş verməsidir. Bu gün tez-tez rast gəldiyimiz hallardır ki, uşaq ailədə valideynlərdən biri tərəfindən şiddətə məruz qalır, yaxud o valideyn tərəfindən məcburi əməyə cəlb olunur.

Xarici rektor erməni özbaşınalığından danışdı

11 İyul 2017 11:50

“2 yaşlı körpənin öldürülməsi dünyanın harasında, hansı vəziyyətdə baş verməsindən asılı olmayaraq heç bir bəraəti olmayan cinayət faktıdır”. Bu sözləri Qərb Universitetinin rektoru professor Andris Leitas jurnalistlərə açıqlamasında Ermənistanın azərbaycanlı mülki əhalinin yaşadığı ərazini atəşə tutması nəticəsində 2 yaşlı Zəhranın həlak olması faktına münasibət bildirərkən deyib.

70,8 min manat gecikdirilmiş sosial ödənişlər işçilərə ödənildi

11 İyul 2017 11:35

Cari ilin yanvar-iyun aylarında vətəndaş müraciətlərinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində 70 828 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.