Rahatlıq, yoxsa xəstəlik mənbəyi?
İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artmaqdadır. Ən müasir məişət texnikası mallarının əldə edilməsi vüsət aldıqca istehlakçıların narazılıqları da çoxalmaqdadır. Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara görə istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayyət qədər çətindir. Elə kondisionerin rahatlıq, yoxsa xəstəlik mənbəyi olması barədə fikirlər də müxtəlifdir.
11 İyul 2017 12:47 SosialKondisioner alarkən nələrə diqqət yetirilməlidir?
İnsanların həyat səviyyəsinin sürətlə yaxşılaşdığı ölkəmizdə müxtəlif tipli məişət avadanlıqlarının satışı və istifadəsi durmadan artmaqdadır. Ən müasir məişət texnikası mallarının əldə edilməsi vüsət aldıqca istehlakçıların narazılıqları da çoxalmaqdadır. Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdə və hər gün bazara yeni texnologiyalara görə istehsal edilmiş məhsullar təqdim edilməkdədir. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayyət qədər çətindir. Elə kondisionerin rahatlıq, yoxsa xəstəlik mənbəyi olması barədə fikirlər də müxtəlifdir. Buna baxmayaraq yay mövsümü ilə əlaqədar insanların kondisionerlərə olan tələbatı təbii olaraq artıb. Artıq hər evdə, o cümlədən iş yerlərində kondisioner görmək mümkündür. Lakin ölkədə bu növ məhsul bolluğu fonunda insanlar problemlərlə üzləşmək zorunda qalırlar. Belə ki, istehlakçılar kondisionerlərin kefiyyətindən, xüsusilə onun göstəricilirə ilə iş prinsipi arasında ciddi uyğunsuzluğun olması qənaətuindədirlər. Üstəlik, satış mərkəzlərinin qeyri-dəqiq məlumatı, müştəriləri aldatmaları vətəndaşların harazılığı ilə ifadə olunur. Belə halda istehlakçılar kondisioner alan zaman nələrə diqqət etməlidir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hazırda bu sahədə ciddi problemlər var: "Hələ qış aylarından etibarən kondisionerlərlə bağlı məhkəmə işlərimiz gedir. Bu sahədə istehlakçıların aldadılması baş verir. Əlbəttə, satıcılar bütün hallarda alıcıları aldadırlar. Adətən kondisionerin normal soyudub-isitməsi ilə bağlı yanlış məlumatlar verilir. Məsələn, kondisionerlərin sənədlərində "60 kvadrat metrlik evi soyuda bilər" yazılır. İstehlakçının evi 40 kvadrat metrdirsə, fikirləşir ki, bu kondisioner mənim evimi normal soyudacaq. Lakin satıcı qeyd edilən ölçünün kub metr olduğunu demir, yəni evin hündürlüyü nəzərə alınmayıb. İstehlakçılar sənədləri nəzərdən keçirən zaman evin həcmini düşünməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycana gətirilən kondisionerlərin sənədlərində bu məsələ aydın qeyd olunmayıb və bilərəkdən gizlədilir. Eyni zamanda gətirilən kondisionerlərin 80 faizinin sənədlərində Azərbaycan dilində hər hansı məlumat əks olunmadığına görə istehlakçı heç nə başa düşmür. Sadəcə, satıcının şirin dilinə inanıb alır və daha sonra kondisionerdə müəyyən problemlər çıxır". E.Hüseynovun sözlərinə görə xüsusilə kreditlə alınan kondisionerlər müəyyən problemlərə səbəb olur: "Kredit yolu ilə alınan kondisionerlərdə problemlər var. Kondisioner istehlakçının tələbatını ödəmir və onu qaytarmaq istəyir. Lakin kredit ödəmə vaxtı çatanda onu məhkəməyə verirlər və istehlakçı ümumiyyətlə öz hüquqlarını müdafiə edə bilmir. Digər tərəfdən kondisionerlərin nə dərəcədə soyutması barədə şəffaflıq yoxdur. Bu sahədə böyük qaranlıq var. Azərbaycana gətirilən kondisionerlərin əksəriyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanılmayıb və heç bir sertfikat verilməyib. Bu cür malları satmaq isə qadağandır".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilib ki, ticarət şəbəkəsində üzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş, mənşəyi bəlli olmayan müxtəlif çeşidli məişət avadanlıqlarının olması faktdır. Bu kimi avadanlıqların satışı və istifadəsi isə istehlakçıların həyatı və təhlükəsizliyi baxımından yolverilməzdir. İstehlakçıların bu malların alınması zamanı fikir verilməli olan məsələlər barədə kifayyət qədər məlumatlı olmaması satıcılar tərəfindən onların aldadılmasına şərait yaradır. Bildiyimiz kimi hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır. Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın və digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının və ya satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu və ya onun saxtalaşdırıldığını iddia etmək mümkündür: "İstehlakçı olaraq ticarət oibyektinə daxil olarkən birinci növbədə eyni profilli ev əşyalarını marka və çeşidinə görə müqayisə edin. Apardığınız müqayisələrdən sonra ehtiyacınıza ən uyğun olanları seçin. Düzgün seçim etdiyiniz təqdirdə ehtiyacınızı tam olaraq uyğun gəlməyən əşya almayacaq, eyni zamanda sizə lazım olmayan funksiyalara malik daha bahalı əşyaya artıq pul ödəməyərək budcənizə qənaət etmiş olacaqsınız. Seçim etdikdən sonra bu əşyaların istifadə qaydalarını, lazım olan işi görməkdə sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, texniki servis xidmətləri, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənin. Bilin ki bu mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir və satıcı həmin məlumatları sizə verməyə borcludur. İnformasiya zəruri və düzgün olmalıdır. Zəruri informasiya dedikdə malın istehlak xassələri və istifadə qaydalarını ifadə edən məlumat başa düşülür. Məlumat alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, bu, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. barədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Düzgün informasiya dedikdə, onda ifadə olunan məlumatların mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür.
Bundan əlavə zəmanətlə satılan ev əşyaları alarkən onların zəmanət talonunu tələb edin və orda göstərilmiş şərtlərə diqqət yetirməklə bütün vacib məqamların aydınlaşdırılmsına çalışın. Nəzərə alın ki, bu malların texniki pasportu və istifadə qaydalarında istifadə və qulluq haqqında kifayət qədər dolğun məlumat olmalı, istifadəsi, qulluğu və təmizlənməsi asan olmalıdır. Bu malların daha sərfəli olmasını aydınlaşdırmaq üçün onların enerji sərfiyyatı normasını öyrənin, az enerji sərfiyyatlı ev əşyalarına ustünlük verin. Nəzərə alın ki, satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalıdır. Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır. Zəmanət müddəti malın pasportunda, zəmanət talonunda və ya mala əlavə olunan digər sənəddə göstərilir. Bundan əlavə həmin sənəddə malın istehsalçısı və satıcısı haqqında dolğun məlumat olmalı, ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli və yetərli olmalıdır".
Nurlan