Azərbaycan multikulturalizmin beyin mərkəzi olmaqda nümunəyə çevrilib
Son illər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu rəsmi Bakının beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, dünyada siyasi nüfuzu və çəksinin artmasına öz müsbət təsirini göstərir. Xarici siyasətdə əsasən balanslaşdırılmış strategiyanı əsas götürən Azərbaycan bütün yaxın və uzaq ölkələrlə normal əməkdaşlıq qurmaq. Müxtəlif istiqamətlərdə bu əməkdaşlığı, əlaqələri inkişaf etdirmək xəttini götürüb.
11 İyul 2017 12:49 SosialSon illər Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu rəsmi Bakının beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, dünyada siyasi nüfuzu və çəksinin artmasına öz müsbət təsirini göstərir. Xarici siyasətdə əsasən balanslaşdırılmış strategiyanı əsas götürən Azərbaycan bütün yaxın və uzaq ölkələrlə normal əməkdaşlıq qurmaq. Müxtəlif istiqamətlərdə bu əməkdaşlığı, əlaqələri inkişaf etdirmək xəttini götürüb.
Xarici siyasət sahəsində Azərbaycan təkcə Avropa deyil, eləcə də Asiya ölkələri, həımçinin Yaxın Şərq dövlətləri ilə də əlaqələrə üstünıük verir, qarşılıqlı faydalı əməkdaşlıq mühiti yaradır. Bu istiqamətdə Azərbaycanın İsraillə əlaqələri də diqqət çəkicidir. Məlumat üçün qeyd edək ki, Bakı-Təl Əviv münasibətləri müstəqillik illərindən sonra inkişaf etməyə başlayıb və günümüzdə iki ölkə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunu söyləmək olar. Bir neçə il əvvəl İsrail prezidentinin, bir müddət əvvəl isə bu ölkənin baş nazirinin Azərbaycana səfəri məhz iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən xəbər verirdi. Hərçənd, bəzi qonşu ölkələr Bakının Təl-Əvivlə əlaqələrini qısqanclıqla yanaşıb, hətta bu əməkdaşlığı özünə təhdid hesab etsə də, lakin bu boş və mənasız əndişələrdən başqa bir şey deyil. Çünki Azərbaycan hə zaman bir prinsipi əsas götürüb və bu gün də həmin prinsipə sadiq qalır. Bu prinsip isə ondan ibarətdir ki, rəsmi Bakı öz ərazisindən başqa bir ölkənin ərazisinə müdaxiləyə heç vaxt razı olmayacaq. Rəsmi Bakının bu mövqeyi təkcə fikirdə deyil, elə əməldə də dəfələrlə təsdiqini tapıb və elə Azərbaycan-İsrail əlaqələrinin inkişafından mənasız yerə narahatçılıq keçirən qonşu ölkələr də bunun şahidinə çevrliblər. Amma bütün bunlara baxmayaraq hələ də Bakı-Təl-Əviv əlaqələrinə qısqanclıqla yanaşılmaqdadır. Hətta bəzi hallarda məlum qonşu ölkələr Bakı-Təl-Əviv əlaqələrinə cavab olaraq işğalçı Ermənistanla daha sıx əməkdaşlıq etməyə üstünlük verir.
İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu isə hesab edir ki, hər hansı narazılıq və narahatçılıqlara rəğmən iki ölkə arasında münasibətlər bir qədər də inkişaf etdirilməlidir. Klubun prezidenti Murad Ağamiyev deyib ki, bu gün Azərbaycan və İsrail arasında bütün sahələrdə əlaqələrin sarsılmaz strateji struktur üzərində dinamiklik və sabitlik əldə etməsi haqq sahibidir. Bu baxımdan zamanın nəbzi Azərbaycan və İsrail xalqı arasında diplomatik əlaqələrin, mədəni dəyərlərin, iqtisadi anlaşmanın, dostluq və qardaşlığın inkişaf mərkəzində gənclərin iştirak mövcudiyyətini vacibata çevirir. Elə
İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu da məhz bu məqsədə xidmət etmək üçün yaradılıb. Klub Azərbaycan və İsrail gəncləri arasında dostluq, qardaşlıq və həmrəliyin möhkəmlənməsi, ümumi idealoji maraqların təkamülü istiqamətində yer üzündə sülhün, mültikuıtural dəyərlərin, qlobal sosial rifahın, maarifçiliyin və mədəniyyətlərin tərəqqisi üçün yaradılan könüllü fərdlərdən ibarətdir. Fəaliyyət arealımız Azərbaycan və İsrail əraziləri əsas olmaqla əsas məqsədimiz insan hüquqsuzluğunu, qeyri-mədəni ortamı, pessimsit yaşam tərzini,
təhsilsizliyi, ədalətsizliyi, yoxsulluğu, mürtəce adət-ənənələrdən qaynaqlanan məişət zorakılıqlarını meydan gətirən faktorlarının zərərsizləşdirilməsinə və subyteklər arası əlaqənin tədricən sağlamlaşdırılmasına nail olmaqdır". Murad Ağameyib bildirib ki, bu gün Azərbaycan multikulturalizmin beyin mərkəzi olmaqda böyük bir inkişaf yolu keçməklə nümunəyə çevrilib. Onun sözlərinə görə, Azərbaycanda yaşayan yəhudilər və digər xalqların Azərbaycan xalqı ilə uzun illərdir qarşılıqlı hörmət və dostluq şəraitində yaşamağa müvəffəq olmaqla dünya müstəvisində birlik və sülhün rəmzi atriburuna çevriliblər: "Azərbaycan və yəhudi xalqları əsrlər boyu irqçi təsirlərə, məhv etmə siyasəti və iztirablara, terrorçuluq tendesiyasına məruz qaldığından bu iki xalqın qardaşlaşmasında mövcud olan təkamül zərurətini həzm edə bilməyən qüvvələr və dövlətlər mövcuddur. İsrail-Azərbaycan Gənclərinin Qardaşlıq və Həmrəylik Klubu: Azərbaycan və İsrail gənclərinin birgə və könüllü fəaliyyət məramı ilə dostluq və qardaşlığın bənzərsiz nümunəsi ilə dünyaya sülh, multietnik yaşamın mümkünatı və bəşəri faydası haqqında mədəni ünsiyyətin təlqini, maaarifçiliyin sağlam təfəkkürlü cəmiyyətin təşəkkülü istiqamətində gücləndirilməsi məqsədilə yaradılıb. Eyni zamanda sağlam həyat və yüksək sosial rifahın realizasiyası məqsədilə geniş profilaktik işlər aparmağı zamanın zəruri ehtiyyacı hesab edərək gənclərdən ibarət belə bir klub təsis etməyi lazım bildik".
Süleyman